Arxiv
17 Noyabr 2019, 11:23 | AKTUAL
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir

Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhidlik məqamına yüksələn Elgün Dağbəyi oğlu İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir. 

Elgün İsmayılovun doğum günündə–noyabrın 16-da “Azərbaycan” qəzetinin kollektivi onun xatirəsinə həsr edilmiş anım mərasimi keçirib. İkinci Şəhidlər xiyabanında Elgünün məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

1974-cü ildə Bakı şəhərində anadan olan, çalışdığı “Azərbaycan” qəzetində qısa müddət ərzində hamıya qaynayıb-qarışan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. O, həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə–Füzuli rayonuna göndərildi. Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırıldı. 1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murov dağına dəyişdirildi.

Döyüşçü dostları Elgünü igid və qorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında o, komandanlığın fəxri fərmanına layiq görülüb. Həmin il mayın 25-dən 26-na keçən gecə Murovun “Ömər” yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də var idi. Cəsur əsgər burada düşmənlə döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Bu gün 45-ci ad günü onsuz keçirilən Elgünün şəhidliyinin 25 ili tamam olur.

Redaksiyada davam etdirilən anım mərasimini “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirib ki, ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun güclü ordusu, əsgərinin vətənpərvərlik və döyüş ruhudur. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusunun hər bir əsgərinin döyüş əzmi, vətənpərvərlik ruhu ən yüksək səviyyədədir. Bu, son illərdə orduya göstərilən hərtərəfli diqqət və qayğının təcəssümüdür. Ən modern silah-sursat, hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. 

“Azərbaycan” qəzetinin daim ordu quruculuğu prosesində aparılan islahatlardan, mütərəqqi yeniliklərdən, əsgər və zabitlərin yüksək döyüş əzmindən, cəbhənin ön xəttindən, qarlı zirvələrdən, döyüş səngərlərindən reportajlar hazırlayıb oxuculara təqdim etdiyini bildirən B.Sadıqov deyib: “Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını uca tutan, bu yolda həyatlarını qurban verən igidlərin xatirəsini anmağa daim borcluyuq. Onlar sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər. Biz də jurnalist kimi bu işdə üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edirik və mənəvi borcumuzu layiqincə həyata keçiririk”.

Baş redaktor vurğulayıb ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bugünkü gənclərə örnəkdir. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Elgün İsmayılovun anadan olduğu gün isə onu tanıyanların hər biri üçün qürur doğuran tarixdir.

Şəhid Elgünün çox qısa, lakin mənalı həyat və döyüş yolundan söz açan B.Sadıqov diqqətə çatdırıb ki, 2003-cü ildən başlayaraq hər il redaksiyada Elgünün xatirəsinə həsr edilmiş ənənəvi yaradıcılıq müsabiqəsi keçirilir. Artıq 17-ci dəfə keçirilən müsabiqəyə təqdim olunan yazılar bir neçə aspektdən dəyərləndirilir. Eyni zamanda, müsabiqə həm də qəzet əməkdaşlarını vətənpərvərliyə, torpağa məhəbbət mövzusunda yazmağa ruhlandırır. 

Müsabiqənin yekunlarına görə redaksiyanın dörd əməkdaşı–Rəşad Baxşəliyev, Elçin Cəfərov, Yasəmən Musayeva və Zöhrə Fərəcova qalib elan edilərək, fəxri diplom və pul mükafatları ilə təltif olunublar.

Qaliblər layiq görüldükləri mükafata görə təşəkkürlərini bildirib, bundan sonra da vətənpərvərlik mövzusunda yaradıcılıqlarını davam etdirəcəklərini deyiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00 Seçkinin nəticələri TƏSDİQLƏNDİ 22 Fevral 2020, 18:00 Su quyusunda meyiti tapılan ana və azyaşlı oğlu ilə bağlı rəsmi MƏLUMAT  22 Fevral 2020, 17:52 MSK beynəlxalq qrossmeysterin anasının şikayətinə BAXDI 22 Fevral 2020, 17:46 Pakistandan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı QƏTNAMƏ 22 Fevral 2020, 17:42