Modern.az

Gürcüstan müxalifətinin əsas tələbi RƏDD EDİLDİ

Gürcüstan müxalifətinin əsas tələbi RƏDD EDİLDİ

18 Noyabr 2019, 13:00

Gürcüstan hakimiyyəti növbədənkənar parlament seçkilərinin keçirilməsini düşünmür.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının Baş katibi Kaxa Kaladze açıqlama verib.

“Parlament seçkilərinin keçirilməsinə 1 ildən az vaxt qalıb. Seçkilər Konstitusiya ilə müəyyən olunmuş, hazrkı qarışıq sistemlə həyata keçiriləcək. Qaydaların dəyişdirilməsi mümkün deyil. Opponetlərimizi seçkiyə hazırlaşmağa dəvət edirəm”.

 

O həmçinin, parlamentin girişni bağlayan müxalifətin hərəktlərini desktruktiv hesab edib.

Xatırladaq ki, “Gürcü Arzusu” partiyası iyul ayında söz versə də, ölkənin seçki sistemini proporsional sistemə keçirməkdən imtina etmişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?