Modern.az

“Zəhərlənən tələbələr kitab istəyiblər” - Pərvanə İbrahimova

“Zəhərlənən tələbələr kitab istəyiblər” - Pərvanə İbrahimova

Aktual

22 Noyabr 2019, 11:37

“Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır”.

 

Bu barədə Modern.az-a Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

 

Onun sözlərinə görə, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar:

 

“Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər”.

 

BDU rəsmisi tələbələrə şəfa diləyib və tezliklə sağalmalarını arzulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!