Modern.az

Mehriban Əliyevanın Rusiya səfəri və diasporumuz: Yaxın günlərdə Moskvada böyük görüşlərə start veriləcək

Mehriban Əliyevanın Rusiya səfəri və diasporumuz: Yaxın günlərdə Moskvada böyük görüşlərə start veriləcək

25 Noyabr 2019, 09:45

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya səfəri bütün dünyanın diqqətini çəkdi.


Rusiyada Prezident Vladimir Putindən tutmuş digər nüfuzlu dairələr, o cümlədən rəsmi şəxslərlə görüş keçirən Mehriban Əliyevanın bu görüşlərinin diqqət çəkməsinin xeyli səbəbləri var.


Birincisi, ona görə ki, bu günə qədər Rusiya kimi nəhəng bir ölkədə hansısa digər ölkənin rəhbərliyinin belə qarşılanma halı olmayıb.


Nəzərə alaq ki, rəsmi səfərdə olan şəxs Amerikanın, Almaniyanın və bu kimi nəhəng ölkələrin deyil, həm ərazi, həm də əhali cəhətdən o qədər də böyük olmayan, siyasi müstəvidə isə müstəqilliyi, inkişafı bir çox ölkələr tərəfindən qısqanclıqla qarşılanan Azərbaycanın Birinci vitse-prezidenti idi.


Ölkəmiz üçün bütün sahələrdə, xüsusilə iqtisadi, siyasi, tranzit, nəqliyyat və s. kimi sferalarda böyük perspektivlər vəd edən bu səfərin nəticələrinin Rusiyada yaşayan üç milyona yaxın azərbaycanlı üçün də yeni səhifələr açacağı gözənilir.


Uzun illərdir diaspor fəaliyyəti ilə məşğul olan həmyerlimiz, Moskvada yaşayan tibb elmləri üzrə fəlsəfə doktoru, xəstəxana rəhbəri, Rusiya Azərbaycanlı Gəncləri Təşkiltanın İdarə Heyətinin üzvü Samir Əliyev deyir ki, Mehriban xanım Əliyevanın Rusiya səfəri və onun geniş əks-səda doğurması hər kəsə məlumdur:

“Xüsusilə Moskvada yaşayan azərbaycanlıların bu səfərin nəticələrindən böyük gözləntiləri var. Ölkəmizin Birinci vitse-prezidentinin Rusiyada bu şəkildə isti qarşılanması təsadüfi deyil və bu, hər birimizi sevindirir.


Bu, bir tərəfdən Azərbaycanın artan nüfuzunun, Cənubi Qafqazda lider dövlət olmasının nəticəsidirsə, digər tərəfdən Rusiyanın Azərbaycana verdiyi qiymətdir. Biz hesab edirik ki, Qarabağ probleminin ədalətli həllində də bu səfərin ciddi təsiri olacaq”.


“Rusiyada, xüsusuilə də Moskvada yaşayan azərbaycanlılar üçün bundan sevindirici hadisə ola bilməz”, - deyə davam edən S.Əliyev əminliklə qeyd edib ki,  bundan sonra azərbaycanlılara qarşı münasibət daha da istiləşəcək:

“Bu, bizi çox ruhlandırır. Hesab edirik ki, bu səfər həm də Rusiyada Azərbaycan diasporunun inkişafına böyük  təkan verəcək. Bütün bunlar isə komple halda Azərbaycanımızın daha da inkişafına, möhkəmlənməsinə hesablanan addımdır”.


Müsahibimiz yaxın günlərdə Moskvada diasporla bağlı geniş tərkibli müzakirələrə start veriləcəyini də bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir