Modern.az

AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi

AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi

Aktual

6 Dekabr 2019, 12:56

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları vətəndaş Əliyev Taryel Xosrov oğluna məxsus Sumqayıt şəhəri, 46–cı məhəllədə yerləşən ”Misiroğlu” heyvan kəsim məntəqəsinə baxış keçiriblər.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, heyvan cəmdəyinə (mal əti) orqanoleptik baxış zamanı heyvanın aqoniya halında kəsildiyi şübhəsi yarandığına görə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.

 

Analizin nəticələrinə görə mal əti istehlak üçün yararsız hesab olunub və heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb. 227 kq istehlaka yararsız heyvan cəmdəyi Sumqayıt poliqonunda məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı