Modern.az

Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB

Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB

Aktual

6 Dekabr 2019, 17:33

Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə Avropa Parlamentinin bəzi üzvlərinin qanunsuz səfərlərinə etiraz bildirilib.

Modern.az xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyətlərinin Brüsseldə keçirdikləri görüşlərdə sözügedən məsələ diqqət mərkəzində saxlanılıb.

Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası əlaqələr Komitəsinin sədr münavini, parlamentari Rasa Jukneviçiene və CEPS-in rəhbəri Karel Lannoo ilə görüşlərdə bildirilib ki, Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi bu qurumun nüfuzuna ciddi xələl gətirir.

Avropa parlamentinin üzvləri qeyd ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqları diqqətlə izləyirlər.

Keçirilən görüşlərdə Azərbaycanın Avropanın enerji bazarında oynadığı önəmli rol xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan nüfuzu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində hər iki tərəfdən həyata keçirilən tədbirlər ciddi əhəmiyyətə malikdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir