Modern.az

Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO

Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO

7 Dekabr 2019, 21:55

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşümü keçirib.

Modern.az APA-ya istinadən xəbər verir ki, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.

Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb.

33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi