Arxiv
1 Yanvar 2020, 10:31 | DÜNYA
Dünya 2020-ci ili necə qarşıladı? – FOTOLAR

Ötən gecə bütün dünya 2020-ci təqvim ilinin daxil olmasını təntənə ilə qeyd etdi.

Bu əlamətdar günlə bağlı dünyanın fərqli-fərqli ölkələrində, iri şəhərlərdə bayram şənlikləri, atəşfəşanlıq, yarmarkalar və paradalar keçirilir. Yerli ənənələr fərqli olsa da, Yeni il atəşfəşanlığı bu bayramın ayrılmaz atributu sayılır. 

 

Modern.az dünyanın fərqli şəhərlərində - Sidney, Pekin, Sinqapur, Mumbai, Dubay, Moskva, İstanbul, Berlin, Paris və Nyu-Yorkda Yeni il şənlikləri zamanı çəkilən fotoları qısa xülasə ilə təqdim edir.

 

Yeni ili ilk qeyd edənlər Avstraliya və Yeni Zelandiya sakinləri oldu. Sidney şəhərində dekabrın 31-i keçirilən pirotexniki şou izləyənləri öz miqyası ilə heyrətləndirməyi bacarıb.

 

 

Çin Yeni ili əvvəl Qriqorian təqvimi ilə 1 yanvara keçən gecə, bir neçə həftə sonra isə Şərq təqvimi ilə qeyd edir. Fotoda 2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsi üçün də meydan olacaq Pekinin “Shougang” sənaye parkında baş tutan Yeni il şənliyi əks olunub.

 

 

Sinqapurda isə Yeni il şənliyinin episentri Marina-Bey buxtası oldu. Hər il buxtanın suları üzərində atəşfəşanlıq və lazer şousu nümayiş etdirilir.

 

 

Hindistanda Yeni il milli bayram olmadığı üçün onunla bağlı milli ənənələr yoxdur. Buna baxmayaraq, son illər Mumbai kimi iri şəhərlərdə kütləvi tədbirlər keçirilir. Fotoda Mumbai şəhərinin əsas simvollarından biri sayılan “Hindistan Qapıları” abidəsi önündə atəşfəşanlıq keçirilir.

 

 

Birləşmiş Ərəb Əmirliklərinin önəmli mərkəzi sayılan Dubay da digər şəhərlərdən geri qalmayıb. Ənənəvi işıq və fəvvarə şousu dünyanın ən hündür göydələni Burc-Xəlifədə baş tutub.

 

 

Rusiya paytaxtı Moskva da Yeni il günü diqqət mərkəzində olub. Yanvarın 1-nə keçən gecə Qırmızı Meydan və Böyük Moskvorets körpüsü üzərində atəşfəşanlıq baş tutub.

 

 

Türkiyə Yeni ili 1935-ci ildən qeyd edir. Əsas mərasimlər ölkənin ən böyük şəhəri İstanbulda baş tutur. Belə ki, Bosfor boğazı üəzrində hava atılan yüzlərlə fişəng möhtəşəm mənzərə yaradır.

 

 

Yeni ili şən keçirən ölkələrdən biri də Almaniyadır. Berlində atəşfəşanlıq və musiqi altında rəqs üçün uzunluğu 1,5 kilometr olan xüsusi ərazi ayırıblar. Brandenburq qapılarından Tirqarten rayonuna qədər uzanan bu ərazidə diceylərin iştirakı ilə musiqi festivalı baş tutur.

 

Fransa paytaxtı Paris də 31 dekabr günü Berlindən geri qalmır. Yeni il aksessuaları ilə bəzədilmiş şəhərdə əsas şənliklər Yelisey sarayı yaxınlığında, Zəfər Tağının çevrəsində baş tutur.

 

Nyu-Yorkun məşhur Tayms-Skver meydanı uzun illərdir ki, Yeni il şənliyi üçün əsas meydan olub. Əcnəbi turistlər və yerli sakinlər buradakı şənliyə şahid olmaq üçün 24 saat öncədən yer tuturlar.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıqabulda yanğın başlayıb 7 Avqust 2020, 21:35 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğradı 7 Avqust 2020, 20:02 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29 Bakıda ana əkiz uşaqlardan birinin oğurlandığını İDDİA EDİR 7 Avqust 2020, 16:25 Deputat: “Vətəndaşlarımız yumşalmadan sui istifadə etməməlidir” 7 Avqust 2020, 16:16 16 qəbilə başçısı koronavirusdan öldü 7 Avqust 2020, 16:10