Modern.az

Yavər Camalovun oğlu deputatlığa namizəd oldu

Yavər Camalovun oğlu deputatlığa namizəd oldu

8 Yanvar 2020, 15:08

Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğlu Rəşad Camalov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Bu barədə Modern.az-a 46 saylı Şirvan seçki dairəsindən məlumat verilib.

 

Bildirilib ki, Rəşad Camalov deputatlığa namizəd olmaq üçün sənədlərini bir neçə gün qabaq DSK-ya təqdim edib:

 

“Rəşad Camalovun namizədliyi DSK tərəfindən qeydə alınıb. O, müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək”.

 

Qeyd edək ki, Rəşad Camalov seçkilərdə YAP-ın namizədi Azər Quliyevlə mübarizə aparacaq.

 

Xatırladaq ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?