Modern.az

Xamneyi Trampın qanlı fotosunu paylaşdı

Xamneyi Trampın qanlı fotosunu paylaşdı

Dünya

9 Yanvar 2020, 22:57

İranın ali dini lideri Əli Xamneyinin veb səhifəsi ABŞ Prezidenti Donald Trampın üzünə “qanlı sillə” vurulmuş fotoşəkil yayımlayıb.

Modern.az  Teleqraf.com-a istinadən xəbər verir ki, fotoya “Hərbi əməliyyat kifayət deyil, ABŞ-ın varlığına son qoyulmalıdır” qeydi yazılıb.

Saytda eləcə də Xamneyinin fikirləri yer alıb:

“ABŞ bölgəyə müharibə, anlaşılmazlıq, dağıntılar gətirdi, region ölkələri və xalqları ABŞ-ın varlığını rədd edir. ABŞ-a ağır zərbə vurduq, lakin Süleymaninin intiqamı başqa bir mövzudur”.

Xatırladaq ki, dini lider ABŞ-ın üzünə sillə vurduqlarını bəyan etmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…