Arxiv
15 Yanvar 2020, 12:06 | TƏHSİL
Təhsil İdarəsində yeni TƏYİNATLARI

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb.

 

Bu barədə Modern.az-a Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası İdarənin İnsan resursları sektorunun müdiri Raman Məmmədova və Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərova həvalə edilib.

 

Qeyd edək ki, Məmmədov Raman Ağamalı oğlu 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə «Aqrolizinq» ASC-nin Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə "Texno-Atinak" MMC-də hüquqşünas, 2012-2015-ci illərdə "Absheron Construction" MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır. İsgəndərov Şahin Bəbir oğlu 1982-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib. 1999-2003-cü illərdə Bakı Musiqi Akademiyasında mühasib, 2003-2005-ci illərdə Təhsil Nazirliyində aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyində təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2013-cü il 15 noyabr tarixli əmri ilə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Şahin İsgəndərov hazırda BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru ilə görüşüb 26 Sentyabr 2020, 12:00 Sabah yağış yağacaq, dolu düşəcək - HAVA PROQNOZU 26 Sentyabr 2020, 11:54 Ağciyər xəstəliklərinin ilkin əlamətləri açıqlandı 26 Sentyabr 2020, 11:48 Qazlaşma səviyyəsi 97 faizi keçdi 26 Sentyabr 2020, 11:42 Bakıda karantin rejimini pozan restoran aşkar edildi 26 Sentyabr 2020, 11:36 Qarabağda koronavirus TÜĞYAN EDİR: Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı... 26 Sentyabr 2020, 11:30 Qaxın turizm marşrutu tullantılardan təmizlənib - FOTO 26 Sentyabr 2020, 11:24 Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötüb 26 Sentyabr 2020, 11:18 İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK 26 Sentyabr 2020, 11:12 Gədəbəydə arvadını bıçaqlayan ər qaçdı 26 Sentyabr 2020, 11:06 Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı 26 Sentyabr 2020, 11:00 Gübrənin qiyməti ucuzlaşdı   26 Sentyabr 2020, 10:54 Deputat seçicilərilə görüşüb - FOTO 26 Sentyabr 2020, 10:48 Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin yalanından DANIŞDI 26 Sentyabr 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 26 Sentyabr 2020, 10:36 Sürücülərin nəzərinə - bu yol bağlanır 26 Sentyabr 2020, 10:30 Direktorluğa namizədlərin nəzərinə - Vakant yerlərin siyahısı açıqlandı 26 Sentyabr 2020, 10:23 Qarabağ proksi-savaşı? 26 Sentyabr 2020, 10:20 Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu 26 Sentyabr 2020, 10:14 Yolu keçmək istəyən həkimi maşın vurdu 26 Sentyabr 2020, 10:07 Koronavirus beyin xərçəngi yarada bilər 26 Sentyabr 2020, 10:03 Türkün dünyanı dərki muzeyi sirləri AÇIR 26 Sentyabr 2020, 09:56 Koronavirusla bağlı SON STATİSTİKA 26 Sentyabr 2020, 09:49 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat YAYDI 26 Sentyabr 2020, 09:42 Həbsim siyasi sifarişdir - Qagik Sarukyan 26 Sentyabr 2020, 09:38 4 maşın toqquşdu, 50-dən çox heyvan tələf oldu - FOTO 26 Sentyabr 2020, 09:36 Ər-arvad evində bıçaqlandı 26 Sentyabr 2020, 09:30 DTX tərəfindən tutulan XİN-in iki əməkdaşı məhkəməyə müraciət etdi   26 Sentyabr 2020, 09:24 Alimlər koronavirusdan ölüm faizini azaldan amili aşkarladılar 26 Sentyabr 2020, 09:18 Bakının küçələri yenidən dezinfeksiya edilir 26 Sentyabr 2020, 09:12 Aqil Abbas: Vaqif Əlisoyun 65 yox, 60 yaşı var - Deputatdan nazirə AÇIQ MƏKTUB 26 Sentyabr 2020, 09:06 Xarkovda matəm elan olundu 26 Sentyabr 2020, 09:00 Yağsız məhsulların insan orqanizmi üçün FƏSADLARI 26 Sentyabr 2020, 08:54 Rezidenturaya ixtisas seçiminin vaxtı uzadıldı 26 Sentyabr 2020, 08:49 Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56