Modern.az

Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO

Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO

Aktual

17 Yanvar 2020, 15:01

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun ucqar dağ kəndi olan Osakücədə keçirib.

 

Modern.az xəbər verir ki, icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçən qəbulda sakinlərin müraciətləri həssaslıqla dinlənilib, onların səsləndirdikləri təkliflər  yerindəcə araşdırılıb.

 

Müraciət edən sakinlər arzu və təkliflərini bildirməklə yanaşı həm də, xalqın rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli ilə bağlı ölkə prezidentinin tapşırığı ilə davamlı olaraq həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini, Lənkəran rayonunun, o cümlədən Ocakücə inzibati ərazi dairəsinə daxil olan kəndlərin sosial-iqtisadi inkişafına göstərilən qayğıdan razılıqlarını ifadə ediblər. Sakinlər çıxışlarında ərazidə ən müasir tələblərə cavab verən məktəbin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsini,  magistral yolun asfaltlanmasını, kənddaxili yolların əsaslı təmirini, elektrik enerjisinin fasiləsiz verilməsini, yaşayış evlərinin kütləvi şəkildə qazlaşdırılmasını, kənd təsərrüfatı sahəsində sevindirici nəticələrin əldə olunmasını, yeni çay, sitrus bağlarının salınmasını və kənd sakinləri üçün ərazidə daimi iş yerlərinin yaradılmasını bu qayğının bəhrəsi kimi vurğulayıblar. İcra başçısı vətəndaşların müraciətlərində səsləndirdikləri fərdi xahişlərin vaxtda həllindən ötrü məsul şəxslərə bir daha tövsiyyə və  tapşırıqları çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir