Modern.az

Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO

Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO

Aktual

21 Yanvar 2020, 15:35

Bioloji Təbabət klinikası insanların orqanizmə heç bir zərər verməyən biotənzimləyici təbabətlə müalicəsinə üstünlük verdiyi kimi bu terapiyanın Azərbaycanda uzun illər təbliğinə çalışaraq qazandığı nəzəri bilikləri və təcrübəsini pasientlərin sağlamlığı üçün sərf edən həkimlərin dəyərləndirilməsinə də böyük önəm verir. Bu baxımdan muzeyin ilk eksponatları Bioloji Təbabət klinikası açılan gündən bu kollektivdə nevropatoloq kimi fəaliyyət göstərərək yüzlərlə xəstəyə şəfa vermiş ali dərəcəli həkim Vahid Məmmədov və yenə də illərini biotənzimləyici terapiya ilə müalicəyə həsr etmiş terapevt - pulmonoloq Elaza xanım Mikayılzadənin büstləri olub. Hər iki büst Bioloji Təbabət MMC-nin təsisçisi Elxan Yaqubovun təşəbbüsü və maddi dəstəyi ilə hazırlanıb. Muzeyin açılışına həsr olunmuş tədbirdən öncə rəhbərlik başda olmaqla klinikanın bir qrup əməkdaşı hər iki həkimin dəfn olunduğu məzarlığı ziyarət edərək qəbirləri üstünə əklil qoyublar.

 

Bioloji Təbabət muzeyinin açılışı ilə bağlı tədbiri giriş sözü ilə Bioloji Təbabət MMC-nin təsisçisi və baş direktoru Elxan Yaqubov açaraq Azərbaycanda biotənzimləyici müalicə üsulunun uğurlu nəticələrə imza atdığı bir vaxtda belə bir muzeyin yaradılmasının vacib olduğunu vurğulayıb. Direktor çıxışında bu gün Azərbaycanda biotənzimləyici terapiyanın geniş yayılaraq uğur qazanmasında hər iki həkimin böyük zəhməti olduğunu söyləyib. Buna görə də onların ruhu qarşısında hörmət və təşəkkürün ifadəsi olaraq Bioloji Təbabət muzeyində xatirələrini əbədiləşdirmək üçün büstləri hazırlanıb.

 

Sonra büstlərin üzərindəki örtük açıldı, ailə üzvləri və yaxınları tərəfindən ətrafına gül dəstələri qoyuldu. Bioloji Təbabət və Antihomotoksik Təbabət Cəmiyyətinin sədri, professor Fikriyyə xanım İbrahimova, Bioloji Təbabət klinikasının direktor müavini Səbirə Yaqubova,baş həkim Gülnar Quliyeva, eləcə də vaxtı ilə Vahid doktor və Elaza xanımla birgə çalışmış həkim qonaqlar çıxışlarında dünyalarını dəyişsələr də hər iki mərhumun həm peşəkar həkim, həm də xeyirxah, qayğıkeş, mərd insan kimi onların xatirəsində həmişə yaşayacaqlarını qeyd ediblər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir