Yerevanın mərkəzində silahlı şəxs zərərsizləşdirilib.
Modern.az xəbər verir ki. o silahını təslim edərək polisə təslim olub. Girov götürən silahlı ilə danışıqları Ermənistan polisinin rəisi Arman Sarqsyan aparıb.
XXX
Yerevanın “Erebuni Plaza” biznes mərkəzində silahlı insident yaşanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Respublika meydanını yaxınlığında baş verən insident zamanı silahlı şəxs mərkəzin foyesində atəş açıb.
O daha sonra bir nəfəri girov götürüb. Hadisəyə görə biznes mərkəzə gedən yollar polis tərəfindən bağlanıb.
Xatırladaq ki, “Erebuni Plaza”da ikinci prezident Robert Koçaryanın ofisi yerləşir.