Arxiv
24 Yanvar 2020, 17:06 | MÜSAHİBƏ
Novruz Məmmədov Cavad xanın kötücəsinin də Azərbaycana gəlişinə mane olub - MÜSAHİBƏ

Ümumilli lider Heydər Əliyevin tərcüməçisi, Harvard Universitetinin məzunu, diplomat Tahir Kərimov Modern.az saytının suallarını cavablandırıb.

 

- Tahir müəllim, Siz saytımızda mütəmadi olaraq dünyada gedən proseslərlə bağlı analitik yazılarla çıxış edirsiniz və uzun müddət Prezident Adminstrasiyasının xarici əlaqələr şöbəsində çalışmısınız. Bir neçə gün əvvəl tanınmış jurnalist Aida Eyvazova saytımıza bildirdi ki, Ozbəkistanda ona Seyid Əzim Şirvaninin nəticəsi ilə görüçmək nəsib olub, şairin nəticəsi Fatma Şirvani Azərbaycana gəlmək istəsə də Elxan Suleymanov tərəfindən aldadılıb və PA xarici əlaqələr şöbəsinin o vaxtkı rəhbəri Novruz Məmmədov tərəfindən gəlməsinə mane olunub. Yazıdan sonra Novruz Məmmədov məsələdən xəbərsiz olduğunu bildirdi və saytımıza məlumatı dəqiqləşdirməyi tövsiyyə etdi. Özbəkistandakı səfirimiz Hüseyn Quliyevlə əlaqə saxladıq və səfir 2013-cü ildə Novruz Məmmədova məktubla müraciət etdiyini, uzun müddət "vaxtım yoxdur" cavabı aldığını və sonda Novruz Məmmədovun köməkçisindən Fatma xanımın qızının erməni millətindən olan adamla nigahda olduğu səbəbindən Azərbaycana gəlməyinin mümkün olmayacağını eşidib. Səfirin araşdırmaları isə müəyyən edib ki, Fatma xanımın qızı 1990-cı ildə rəsmi boşandığı həyat yoldaşının atası azərbaycanlı, anası isə yarı tacik yarı erməni olub və bu hal adamın Azərbaycana gəlməməsi üçün səbəb ola bilməz. PA daxil olan məktubla tanışsınızmı?

 

- 2013-cü ildə artıq PA-da çalışmırdım. Amma, Sizin müraciətinizdən sonra hər iki müsahibə ilə saytınız vasitəsilə tanış oldum. Açıqlamalarda paradoksal məqamlar çoxdur. Dünyada Özbəkistan adlı yalnız bir ölkə var və həmin ölkə ilə Azərbaycan arasındakı əlaqərə ən məsul şəxs də Prezident tərəfindən təyin olunmuş səfir Hüseyn Quliyevdir. Məktubun PA-na daxil olması inkar olunsa da Səfir Quliyev dəqiq tarixi göstərilməklə məktubun icrasına göstərilən münasibəti oxucularla bölüşür. 

 

 

- Sizcə, hansı səbəbdən Nəyə görə təkrar-təkrar müraciətlərdən sonra Fövqəladə və Səlahiyyətli səfirə köməkçi cavab verir? Köməkçi səfirliyin attaşesi və ya üçüncü katibi ilə müzakirələr apara bilər?

 

 

- Seyid Əzim Şirvaninin nəticəsinin Azərbaycana gəlməsinin mümkünsüzlüyünün erməni millətindən olan adamla nigahda olması izahı absurddur. Hələ Sovet dövrünün statistikasına əsasən Azərbaycan SSRİ-də millətlərarası nigaha görə ən yüksək göstəriciyə malik idi. Nigahların 24%-i azərbaycanlılarla başqa millətlərin nümayəndələrinin evliliyi idi. Bu gün Dağlıq Qarabağın xaricində  Azərbaycanda 30 min erməni əsilli əhali yaşayır. Bunların böyük əksəriyyəti azərbaycanlılarla ailə qurmuş erməni əsilli xanımlardır. Bu bizim xalqın qatı millətçilik və digər etnoslara qarşı dözümsüzlükdən nə qədər uzaq olduğunun nümunəsidir. Ermənistan ordusunda olan qeyri-peşəkar münasibətlərə dözməyərək Azərbaycanda rahatlıq tapan ermənilər var. Məgər onların gəlişinə mane olunur Azərbaycanda? Həm özəl, həm də dövlət sektorunda ailə üzvləri erməni əsilli adamlar çalışır Azərbaycanda. Məgər Azərbaycana gələn turistlərin ailə tərkibində erməni millətindən kiminsə olması ona ölkəmizə gəlməkdə maneəmi törədir? Və yaxud da bu elə bir prinsipal məsələdirsə hamıya tətbiq olunurmu? Rusiya Xarici Işlər Naziri Lavrovun Bakıya gəlişi zamanı bu sual ortaya çıxırmı? 

 

Ona görə də, səfir Quliyevin öz vəzifə borcunu yerinə yetirmək istəyindən gələn təşəbbüsünə cavab verməyə vaxt tapılmaması və köməkçinin səlahiyyətlərini aşaraq səfirə absurd izahat vermək cəhdi təəssüf doğurur. 

 

Bu hadisə başqa bir məqamı mənə xatırlatdı. Malayziyada səfir vəzifəsini icra edərkən Gəncə xanı Cavad Xanın kötükcəsi Kazım Cavadxani ilə dostlaşmaq mənə nəsib oldu. 2009-cu il idi. Həmin zaman Rabitə Nazirliyi ilə Malayziyanın MEASAT şirkəti arasında Azərbaycanın ilk peykinin fəzaya buraxılması ətrafında müzakirələr gedirdi. MEASATda çalışan İranlı bir mühəndis Malayziyada yaşayan Təbriz türkü olan cərrah haqqında danışdı. Onun yüksək zadəgan ailəsindən olduğunu dedi. Öyrəndik və əlaqə saxladıq. Malayziyaın ilk neyrocərrahlarından birinin azərbaycanlı, özü də Cavad Xanın kötükcəsi olduğu bəlli oldu. Seyid Əzimin Azərbaycan ədəbiyyatı üçün önəmli bir sima olması danılmazdır. Amma, razılaşaq ki, Cavad Xan millətimizin tarixində işğalla barışmaz, öləcəyini göz önünə gətirərək oğlunu da, özünü son döyüşə atmış bir sərkərdədir, qəhrəmanlıq nümunəsidir. Bakıya gəlişimdə Kazım Cavadxani haqqında məlumat verdim, tarixi vətənə gəlmək istədiyini diqqətə çatdırdım. Heç köməkçi belə vaxt tapıb zəng etmədi. Məğrur Xanın kötükcəsi ilə bağlı məlumat Respublika mətbuatında dərc olundu. Malayziyanın Penənq ştatında çalışan Kazım Cavadxani mayın 28-də səfirliyimizin keçirdiyi Respublika Günü tədbirlərində xanımı ilə iştirak etdi. Yeri gəlmişkən Kazım Cavadxaninin xanımı Təbriz qızıdır. Adı Pəri xanımdır. Bu da ona dəlalət edir ki, köməkçinin Özbəkistandakı səfrimizə gətirdiyi səbəb tamamilə absurddur. 

 

2016-cı ildə digər bir absurdla üzləşdim. Azərbaycandakı bir sıra saytlarda "ciddi səylər və yorulmaz axtarışlar nəticəsində" Malayziyada Cavad xanın kötükcəsinin tapılması haqqında məlumatlar yayımlandı. Kazım Cavadxaninin guya 7 ildən sonra yenidən tapılması əlbəttə ki, çox ucuz və savadsız bir gediş idi. Oxucuları inandırmaq istəyirəm ki, Cavadxaninin tapılması üçün hansı isə axtarış-əməliyyat planı həyata keçirməyə ehtiyac olmayıb. Sadəcə qürbətdə olanda bir-birimizi tapmaq zərurətindən gələn sırf Azərbaycanlı yanaşmamıza uyğun addım atmışdıq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45