Modern.az

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir – FOTO

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir – FOTO

25 Yanvar 2020, 11:41

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas)  Ağcabədi rayonun Qiyamədinli və Mirzəhaqverdi kəndlərində seçicilərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib. Çıxış edən kənd seçicilər Aqil Abbasın 15 illik deputat fəaliyyəti dövründə elinə-obasına göstərdiyi diqqət və qayğını dilə gətiriblər. Və ondan bu dövr ərzində razı qaldıqlarını, onlar üçün hər zaman  əlçatan deputat olduğunu xüsusi qeyd ediblər. Həmçinin kəndin problemlərinin həllinə çalışan, reaksiya verən, burada gedən abadlıq və quruculuq işlərində yaxından iştirak ediyini bildiriblər.

 

Kənd sakinləri Aqil Abbası növbəti parlament seçkilərində də dəstəkləyəcəklərini bildiriblər.

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır