Modern.az

80 azərbaycanlı tələbə zəlzələ bölgəsindən Naxçıvana gətirildi

80 azərbaycanlı tələbə zəlzələ bölgəsindən Naxçıvana gətirildi

Aktual

26 Yanvar 2020, 10:27

Türkiyənin zəlzələ baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi məlumat yayıb.

 

"Elazığdan yola çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb", - deyə səfirliyin məlumatında bildirilir.

İndiyədək ümumilikdə 80 tələbə Naxçıvana gətirilib.

 

Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir