Arxiv
14 Fevral 2020, 13:07 | AKTUAL
Qələbəsi ləğv olunan Çingiz Qənizadə: “Seçicilərim zəng edib ağlayırlar, təkrar seçkilərə qatılacam”

“Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrəldilər, hətta ağlayanlar da var”.



Modern.az-ın məlumatına görə, bu fikirləri nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə "azvision.az"a açıqlmasında deyib.

 

O, bildirib ki, MSK-ya şikayət olunan məntəqələrdə nə baş verdiyini hələ də bilmir:

 

“Dünənə qədər 80 saylı İmişli-Beyləqan seçki dairəsinə heç bir şikayət daxil olmamışdı. Ona görə bunları görmədən fikir söyləyə bilmərəm. Eyni zamanda, bəyan edirəm ki, Mərkəzi Seçki Komissiyasının qərarına hörmətlə yanaşıram”.



Ç.Qənizadə qeyd edib ki, nəticələri MSK tərəfindən ləğv edilmiş 4 dairə 5 il müddətində boş qala bilməz: “Seçicilərin haqqı var ki, parlamentdə onları təmsil edəcək nümayəndələri olsun. Bu gedişdən hiss olunur ki, hələ bir neçə dairə haqqında da müvafiq qərarlar qəbul olunacaq. O baxımdan həmin dairələrdə təkrar seçkilər keçiriləcək. Əgər yeni seçkilər keçiriləcəksə, bu seçkidə iştirakla bağlı israrlı olacağam. Çünki 10 il ərzində bu dairədə kifayət qədər görüşlər keçirmişəm. Hər il seçicilərimlə görüşlərdə olmuşam. Ümumilikdə, hər 5 ildə 250-dən çox görüş keçirmişəm. Yüzlərlə insanı qəbul edib, onlara dəstək vermişəm. Əgər seçkilər qısa zaman ərzində, yaxın 3-5 ay müddətində keçirilərsə, iştirakla bağlı qərar qəbul edəcəyəm”.



Hüquq müdafiəçisi olduğunu vurğulayan Ç.Qənizadə bildirib ki, onun üçün seçkidə iştirakla bağlı konkret hansısa dairə anlayışı yoxdur:

 

“Hüquq müdafiəçisi olaraq parlamentdə işim ikiqat-üçqat çətin idi. Çünki mənə ölkənin hər bir yerindən müraciətlər olurdu. Bildirəndə ki, o dairəni təmsil etmirəm, haqlı olaraq hüquq müdafiəçisi olduğumu xatırladırdılar və ölkənin hər bir nöqtəsindən olan müraciətə baxmalı olurdum. Bu baxımdan gələcəkdə hansı dairədən namizədliyimin verilməsi məsələsinə bir daha baxaram. Çünki dairənin bir o qədər önəmi yoxdur. Bu dairə də, digərləri də mənə doğmadır. Əgər seçkilər keçiriləcəksə, digər dairələrdən namizədliyimin verilib-verilməməsi məsələsi tərəfimdən təhlil olunacaq və müəyyən qərar veriləcək. Hansı dairədən olmasından asılı olmayaraq, Azərbaycan parlamentində olmaq, millət vəkili kimi fəaliyyət göstərmək və qanunvericiliyin yaradılmasında aktiv iştirak etmək, cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın apardığı islahatlara dəstək vermək, təhlil etmək, ölkənin daxili və xarici siyasətində baş verənləri seçicilərə çatdırmaq böyük şərəfdir. Bu proseslərdə iştirak etmək üçün namizdəliyimi dairələrdən birindən irəli sürmək barədə düşünəcəm. Bunu zaman göstərəcək. Hələlik MSK öz işindədir, nəticələri yoxlayır. Ümid edirəm ki, bu məsələlər başa çatdıqdan sonra mətbuat üçün bir daha açıqlama verə bilərəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda koronavirusun yayılması xəbəri ilə bağlı - Rəsmi Açıqlama 24 Fevral 2020, 15:00 Naxçıvan Ali Məclisinə sədr seçildi 24 Fevral 2020, 14:53 İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA 24 Fevral 2020, 14:47 Xocalı qurbanları Daşkənddə anıldı 24 Fevral 2020, 14:39 İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək 24 Fevral 2020, 14:28 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib 24 Fevral 2020, 14:22 Nazirlər Kabinetinin saytının adı dəyişdi 24 Fevral 2020, 14:15 Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb - QOHUMLARI 24 Fevral 2020, 13:44 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14 Qaz xətlərində 42 min qanunsuz qoşulma aşkarlandı 24 Fevral 2020, 13:10 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ 24 Fevral 2020, 13:05 Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05