Modern.az

Bakıda qayınata və kürəkən bıçaqlanıb

Bakıda qayınata və kürəkən bıçaqlanıb

Aktual

17 Fevral 2020, 23:58

Bakının Xəzər rayonunda iki nəfəri bıçaqlayıblar.


Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Yeni Binə yaşayış massivində 1965-ci il təvəllüdlü Həsənov Azər Vəlixan oğlu və onun kürəkəni Əhmədov Elçin Mikayıl oğlu küçədə gedərkən naməlum şəxslər avtomobildən düşərək onlarla əlbəyaxa dava edib. Nəticədə A.Həsənov və E.Əhmədov bıçaqlanıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir