Modern.az

İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq

İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq

18 Fevral 2020, 17:28

Məşhur türk müğənnisi İbrahim Tatlıses cinsi istismarda ittiham olunan Sibel Gökçəyə qarşı qaldırdığı iddianı qazanıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  yaxın günlərdə “Aramızda Qalsın” verlişində qonaq qismində iştirak edən rəqqasə Sibel Gökçe İbrahim Tatlıses haqqında xoş olmayan ifadə söyləyib. “20 yaşımda İbrahim Tatlısəs mənə cinsi təcavüz edib. Aradan illər keçsə də mən hələ də o travma ilə yaşayıram”- deyə rəqqasə bildirib.

 

Qeyd edək ki, İbrahim Tatlısəs bu xəbəri təkzib edib. Hətta ona atılan bu böhtana görə İstanbul Mülki  Məhkəməsinə ərizə ilə müraciət edib. Həmçinin müğənni şərəf və ləyaqətini alçaltdığına görə Sibel Gökçəyə təzminat davası açıb.

Məhkəmə Gökçənin müğənniyə 12 min lirə təzminat ödəməsi barədə qərar verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir