Modern.az

İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 7 ölü, 5 yaralı

İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 7 ölü, 5 yaralı

23 Fevral 2020, 13:02

İranın Xoy şəhərində baş vermiş 5.9 maqnitudalı zəlzələ Türkiyənin Van şəhərində insan tələfatına və dağıntılara yol açıb.

 

Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, Vanın Başkale rayonunda kərpic evlər uçub. Zəlzələ nəticəsində yeddi nəfər həlak olub, daha beş nəfər isə yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə bildirib ki, dağıntılar altında qalanların xilasetmə əməliyyatı davam edir.

 

Dağıntılar altında qalan insanlar çıxarılarkən o da məlum olub ki, xeyli sayda heyvan da tələf olub.

Xatırladaq ki, bu gün səhər yerli vaxtla saat 09:22 dəqiqədə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ baş verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?