Modern.az

Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı

Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı

24 Fevral 2020, 10:26

Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Qızıl Şərq küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1937-cü il təvəllüdlü H. Hacıyev həyat yoldaşı, 1945-ci il təvəllüdlü S. Hacıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən H. Hacıyev saxlanılıb, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər