Modern.az

Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi

 Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi

Aktual

24 Fevral 2020, 21:36

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında çıxış edən deputatlığa namizəd Ləman Ələşrəfqızı iddialı fikirləri ilə yadda qalıb.

 

Modern.az xəbər verir ki, namizəd olduğu 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə ünvanladığı şikayətin qismən təmin olunmasından narazı qalan Ləman Ələşrəfqızı buna etiraz edib.

 

O bildirib ki, 61 məntəqənin hər biri ləğv edilməlidir:
“O seçkiləri mən udmuşam, Aqiyə Naxçıvanlı yox. Mən hörmətimi bütün ölkədə qazanmışam. İstəyirəm ki, bu hörməti MSK da qazansın. Təşviqat dövründə adamları dövlət adı altında birləşdirdim. Amma siz bu seçkiyə kölgə saldınız. Mən bu işdə birbaşa sizi məsul hesab edirəm, Məzahir müəllim”.

Qeyd edək ki, MSK-nın ekspert qrupunun rəyi ilə 117 saylı seçki dairəsi üzrə 29, 30 və 43 saylı seçki məntəqələrində nəticələr seçicilərin iradəsini əks etdirmədiyindən etibarsız sayılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?