Arxiv
25 Fevral 2020, 15:10 | AKTUAL
BMU-da Xocalı faciəsinə həsr olunan anım tədbiri - FOTOLAR

 Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, Anım tədbiri Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xocalı faciəsinin tarixi xronikasını əks etdirən film nümayiş olunub.

 

BMU-nun rektoru, professor Havar Məmmədov çıxışında Xocalı faciəsinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu vurğulayıb. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bunlarla yanaşı, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi naməlumdur.

 

Rektor ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin bu siyasəti yeni dövrün reallıqlarına uyğun davam etdirdiyini vurğulayan H.Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan addımlara toxunub.

 

Məmmədov 10 gün öncə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyini tarixi faktlarla bir daha dünya ictimaiyyətinə çatdırdığını vurğulayıb. O bildirib ki, Cənab Prezident tutarlı, tarixi, rəsmi sənədlərlə Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpağı olduğunu dünya ictimaiyyətinə göstərdi. Azərbaycanın dövlət başçısının qarşısında aciz duruma düşən Paşinyan isə dünya ictimaiyyətinin gözü önündə savadsızlığını, həm tarixi, həm də müasir siyasəti anlamadığını nümayiş etdirdi.

 

Sonra BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi Arif İbrahimov və Mühəndislik fakültəsinin I kurs tələbəsi Günay İbrahimova çıxışlarında Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan danışıblar. Sonda tələbələrin ifasında “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA 6 Aprel 2020, 11:40 Azərbaycanda metil spirtindən 8 nəfər öldü 6 Aprel 2020, 11:38 Koronavirusun yox edəcəyi ixtisaslar – SİYAHI 6 Aprel 2020, 11:38 Bütün dünyanın səbirsizliklə gözlədiyi döyüş baş tutmayacaq 6 Aprel 2020, 11:34 Binəqədidə tənhalara yardım edilir - FOTO 6 Aprel 2020, 11:30 Karantin rejimini pozan daha 6 nəfər HƏBS OLUNDU 6 Aprel 2020, 11:27 Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 “ASAN xidmət”: “SMS-lə verilən icazə təxirə salına bilməz!” 6 Aprel 2020, 10:53 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54 Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib - FOTO 6 Aprel 2020, 09:48 Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib 6 Aprel 2020, 09:40 Koronavirus Sumqayıt küçələrini sükuta qərq edib - FOTO 6 Aprel 2020, 09:38 Həftənin ilk iş günü üçün dolların MƏZƏNNƏSİ   6 Aprel 2020, 09:32 “Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq” - Bioloqla #evdəqal SÖHBƏTİ 6 Aprel 2020, 09:25 Cəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutub 6 Aprel 2020, 09:21 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların CAVABLARI 6 Aprel 2020, 09:14 Neft 10 faizə yaxın ucuzlaşdı 6 Aprel 2020, 09:13 Hindistan 9 dəqiqə işıq saçdı 6 Aprel 2020, 09:07 Koronavirusu 48 saat içində məhv edən dərman tapılıb 6 Aprel 2020, 09:00 Çində güclü zəlzələ olub 6 Aprel 2020, 08:59 Hacı Əbdül vəfat edib   6 Aprel 2020, 08:51 Xan kimi qürurlu xalq artisti 6 Aprel 2020, 08:28 Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43