Modern.az

Bakı polisi bir gündə 20 nəfəri saxladı

Bakı polisi bir gündə 20 nəfəri saxladı

Aktual

27 Fevral 2020, 10:01

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

BŞBPİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da 32 cinayətin üstü açılıb. 

 

Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 7, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 16 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə, 20 nəfər saxlanılıb.

 

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir