Modern.az

Prezident üç generalı istefaya göndərdi

Prezident üç generalı istefaya göndərdi

Aktual

27 Fevral 2020, 15:12

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar.

 

1. General-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

 

2. General-leytenant Xəlilov Əsgər Sabir oğlu

 

3. General-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı