Modern.az

Fransanın səhiyyə nazirindən koronavirus çağırışı: “Əl sıxmaqdan qaçının”

Fransanın səhiyyə nazirindən koronavirus çağırışı: “Əl sıxmaqdan qaçının”

29 Fevral 2020, 09:25

Fransada koronavirusa yoluxanların sayı 38-dən 57-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “France Info” portalı ölkənin Səhiyyə naziri Olivye Veranın sözlərinə istinadən xəbər verib:

 

“Virus bizim ərazimizdə gəzir və biz onun yayılma sürətini azaltmalıyıq”.

 

Veran təhlüksəizlik qaydalarından danışaraq tövsiyə edib ki, insanlar əl sıxmalardan qaçsınlar, zəif sağlamlığı olan insanlara diqqətlə yanaşsınlar.

 

"Əllərinizi tez-tez yuyun, asqıran zaman ağzınızı bağlayın, birdəfəlik istifadə üçün olan dəsmallardan istifadə edin", - deyə nazir insanlara çağırış edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir