Modern.az

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait AÇIQLANDI

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait AÇIQLANDI

28 Mart 2020, 12:40

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

 

Modern.az-ın məlumatına görə, bu günə kimi 1115 hüquqi, 2641 fiziki şəxs tərəfindən Fonda 91 442 445 manat vəsait köçürülüb.

 

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

 

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

 

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?