Arxiv
28 mart 2020, 13:47 | ANALİTİKA
Ermənistandakı hərbi bazada VİRUS TƏHLÜKƏSİ...

Çində koronavirus geniş yayıldıqda Rusiya strateji müttəfiqi ilə sərhəddini başlamağa qərar verdi. Buna baxmayaraq, koronavirus hər yerdə olduğu kimi Rusiyada da yayılıb. Əgər Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə koronavirusla mübarizə üçün böyük xəstəxanalar, tibbi avadanlıqlar və peşəkar həkimlər varsa, Rusiyanın əyalətlərində mənzərə fərqlidir.

Rusiya ərazicə dünyanın ən böyük ölkəsidir. Virusun dünyada yayılma gücü onu göstərir ki, ölkə nə qədər böyükdürsə, onunla mübarizə aparmaq da çətindir. Ona görə də Kreml narahatdır. Virusun tək əhali arasında deyil, bütün ölkəboyu mövcud olan hərbi hissələrə yayılması təhlükəsi var. Məsələn, kiçik Ermənistanda hərbçilər arasında virus artıq yayılıb. Rusiya hakimiyyəti üçün hərbi hissələrin tamamında test keçirmək çətindir. Digər tərəfdən xəstəliyin hərbi hissələrdə yayılması təhlükəsi varsa, bu xüsusi olaraq açıqlanmayacaq. Bu xəbərlərin yayılmasında nə Rusiyanın mərkəzi hakimiyyəti, nə də ordu komandanlığı maraqldır.

Rusiyanın müxtəlif ölkələrdə, o cümlədən Suriya və Ermənistanda hərbi bazaları var. Həmin hərbi bazalarda da virusun yayılması ehtimalı az deyil. Onu da nəzərə almaq lazımdır ki, virusun geniş yayıldığı İrandan Suriyaya gediş-gəliş var və hərbçilər arasında təmaslar çoxdur. Demək, bu hərbi bazalarda həkim nəzarətinin həyata keçirilməsi üçün ya Rusiyadan heyətlər göndərilməli, ya da yerli mütəxəssislərə etibar edilməlidir. Ancaq Suriyada və ya Ermənistanda kifayət qədər tibbi rerurs yoxdur ki, Rusiyanın hərbi bazalarındakı heyətə yardım edə bilsinlər. Moskvada üçüncü variantı da nəzərdən keçirirlər. Xarici ölkələrdəki hərbi bazalarda virusa yoluxan hərbçilər qeydə alınsa, onları Mozdok və Krımsk şəhərlərindəki karantin üçün ayrılmış mərkəzlərə köçürəcəklər.

Bu arada, Rusiya prezidenti Vladimir Putin iki böyük layihəsini təxirə salmaq məcburiyyətində qalıb.

Birincisi, Putin Konstitusiyada dəyişikliklərə hazırlaşırdı. Referendum keçirilməli idi. Referendumun özü üçün müsbət nəticəsinə ümid edən Putin yeni dəyişikliyə görə 2036-cı ilə qədər prezident kürsüsündə qalmağı planlaşdırırdı. Ancaq koronavirus referendumu təxirə saldı və referendumun hansı tarixdə keçiriləcəyi bəlli deyil. Bu ərəfədə, Rusiyanın məşhur “Levada” Mərkəzinin keçirdiyi rəy sorğusuna görə böyük şəhərlərdə Putinin reytinqi aşağı düşüb. Bu təxirə salınan referendum üçün hər şeyin hamar olmayacağını göstərir.

İkincisi, Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyini keçirməyə hazırlaşırdı. Putin təmtəraqlı parad planlaşdırırdı. Kreml 5 ildir ona qarşı tətbiq edilən sanksiyalara rəğmən, paradda dünyaya öz gücünü göstərəcəyinə ümid edirdi. Parada müxtəlif dövlətlətlərin liderləri dəvət olunmuşdular. Bir çoxu dəvəti qəbul etmişdi. Putin bu yolla Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşalacağınaa ümid edirdi. Ancaq hazırki şərtlər daxilində həm paradın keçirilməsi, həm də rəsmi qonaqların Moskvaya gedəcəkləri sual altındadır. Əlbəttə¸ mayın əvvəlinə qədər virusun yoluxma gücü azala bilər. Ancaq 9 maya qalan az müddətdə paradın keçiriləcəyini proqnozlaşdırmaq çətindir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18