Arxiv
29 mart 2020, 12:41 | ANALİTİKA
Qarabağ ermənilərini gözləyən koronavirus TƏHLÜKƏSİ: Paşinyanın “ölün, amma səs verin” PLANI

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında yaradılmış qondarma rejim martın 31-də “prezident və parlament” seçkilərini keçirməkdə israrlıdır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda bütün dünya ölkələrinin 1 nömrəli probleminə çevrilən koronavirus təhlükəsi Ermənistanın siyasi hakimiyyətini Qarabağda öz “əlaltısı”nı hakimiyyətə gətirmək fikrindən daşındıra bilmir.

 

Halbuki, Nikol Paşinyan hökuməti aprelin 5-nə təyin olunmuş Konstitusiya referendumunu koronavirusla bağlı təxirə salmış, ölkədə 21 aylıq fövqəladə vəziyyət elan etmişdi. Pandemiya ilə bağlı seçkilərin təxirə salınması praktikası Rusiya daxil olmaqla, dünyanın bir sıra ölkələri tərəfindən həyata keçirilib.

 

 

Bəs seçkilərin bu qədər riski göz altına alıb keçirmək israrı harandadır?

 

Təbii ki, koronavirusun ordu və dövlət strukturlarına da sirayət edərək idarəedilməz hala gəldiyi Ermənistanda koronaviruslu xəstələrin sayı real rəqəmlərdən (400) qat-qat çoxdur. Və təbii ki, ölkə ərazisində yüzlərlə anonim koronaviuruslu xəstənin dolaşdığı Ermənistandakı bu pandemiya təhlükəsi martın 26-da işğal olunmuş Qarabağ regionu ilə bütün giriş-çıxışların bağlanmasına səbəb oldu. Amma martın 29-da qondarma rejimdə “prezident və parlament seçkilərinin” təxirə salınmayacağı təqdirdə, Ermənistandan potensial koronavirus daşıyıcısı olan müşahidəçilərin və media nümayəndələrinin Qarabağa gəlməsi şəraitində pandemiya Azərbaycanın bu regionunda geniş sürətlə yayıla bilər.

 

Bu seçki avantürasına artıq yerli ermənilər də öz etiraz səslərini ucaldıblar.

“Əgər baş nazir Nikol Paşinyan pandemiya fonunda Qarabağda seçkilər keçirəcəksə, Ermənistan Ordusunun Baş Qərargah rəisi şəxsi heyətin bu seçkilərdə iştirakına mane olmalıdır. Əks halda, o da ordunun döyüş qabiliyyətinin aşağı düşməsinə yol açacaq cinayətkar addımın iştirakçılarından birinə çevriləcək”- deyə “Sasna Tserer” partiyasının sədri Jirayt Sefilyan açıqlama yayıb.

 

Mərkəzi Yerevanda yerləşən “Hetq” saytının əməkdaşları da qondarma seçkiləri işıqlandırmaq üçün Qarabağa getməyəcəklərini və bu “seçki şou”sunun regionda koronavirus pandemiyasının yayılması üçün münbit şərait yaradacağını elan ediblər.

 

 

Məsələyə, bir qədər də diqqətlə yanaşdıqda, 2018-ci ilin aprelində Serj Sarkisyanı və onunla birgə “Qarabağ klanı”nı hakimiyyət olimpindən salan Paşinyanın ötən 2 ilə yaxın müddətdə Ermənistanda ciddi “kadr təmizləməsi” apardığını, özünə loyal, qərbyönlü şəxsləri hakimiyyətin əsas strukturlarına yerləşdirdiyini görmək olar. Analoji planı, o, “Qarabağ klanı”nın son beşiyi sayılan işğal olunumuş torpaqlarda da həyata keçirmək istəyir.

 

 

Hazırda qondarma “prezident marafonu”nun 14 namizədi sırasında qələbə şansı real olaraq, 3 nəfərin əlində cəmləşib. Bu qondarma rejimin keçmiş “baş naziri”, yerli miqyasda kifayət qədər zənginlik toplamış oliqarx və Nikol Paşinyanın yəni, Ermənistan hakimiyyətinin favoriti Araik Arutunyan, qondarma rejimin “keçmiş xarici işlər naziri” Masis Mailyan və “Qarabağ klanı”nın sonuncu ümid yeri, Paşinyanın şəxsi düşməni sayılan general-mayor Vitali Balasanyandır.

 

Əslində, Nikol Paşinyanın qondarma seçkilərin tarixini ertələməməsinin əsas səbəbkarı da sürətlə reytinqini yüksəldən, əhali arasında tərəfdarlarının sayını artıran Vitali Balasanyandır. Seçkiləri maksimum qısa zamanda keçirməklə, Paşinyanın Araik Arutunyanın “prezident” seçilməsinə nail olmaq və “Qarabağ klanı”nı sonuncu revaşn şansından da məhrum etmək istəyir. Ağır sosial-iqtisadi şəraitydə yaşayan Qarabağ ermənilərinin öz acgözlüyü və yalan vədləri ilə nifrətini qazanmış Arutunyanın seçilməyəcəyi təqdirdə, Ermənistan baş nazirinin Masis Mailyana ehtiyat namizəd kimi üstünlük verəcəyi gözlənilir.

 

 

İstənilən halda, “seçki”lərdə ikinci turun keçiriləcəyi bütün ekspert dairələri tərəfindən birmənalı vurğulanır. Belə olan halda, Balasanyan, Arutunyan və Mailyan triumviratından növbəti tura hansı namizədlərin çıxacağı Yerevan üçün prinsipial önəm daşıyır. Vitali Balasanyanın ikinci tura çıxacağı halda, Nikol Paşinyan hakimiyyəti bütün inzibati və siyasi resurslarını onun məğlub edilməsinə yönəldəcəyi heç şübhəsizdir. Amma onun öz siyasi ambisiyaları uğrunda Qarabağ erməniləri arasında koronavirus pandemiyasının “seçki” yolu ilə geniş miqyasda yayması da şübhəsiz olacaq. Paşinyanın bütün addımları sanki Qarabağ ermənilərinə “ölüm amma səs verin” çağırışı edir.

 

    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Göyçayda öldürülən 18 yaşlı qızın qatili tapıldı 9 May 2021, 15:12 Sumqayıtda beşmərtəbəli yaşayış binasına od düşdü 9 May 2021, 15:05 DSX: Son iki ayda Qarabağda 10 yeni hərbi hissə... 9 May 2021, 14:59 Naftalanda şəhidin adına xatirə bulağı açıldı 9 May 2021, 14:45 Bir veteranın ömür kitabı: kənddə yaşayan elmlər namizədi...  9 May 2021, 14:34 3200 igiddən sağ qalan cəmi bir nəfər... 9 May 2021, 14:29 Daşkəsəndə 96 yaşlı veteran evində təbrik edildi 9 May 2021, 14:20 Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi 9 May 2021, 14:10 Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdilər <p style="margin: 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21