Modern.az

“Onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik?” - Deputat

“Onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik?” - Deputat

Aktual

30 Mart 2020, 12:28

“Bəziləri deyir ki, onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik? Bundan narahat olmaq lazım deyil. Artıq martın 26-da Avropa Parlamenti onlayn iclas keçirib. Həmin iclasda sədr tək oturdu və onlayn qaydada səsvermə həyata keçirildi”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, Milli Məclisdə səsvermə zamanı da bəzən problemlər yaranır. Deputat qeyd edib ki, Azərbaycanda karantin rejimi elan olunsa da, hüquqi anlayış verilməyib:

 

“Biz mütləq “Karantin rejimi haqqında” qanun qəbul etməliyik. Parlamentin karantin rejimini təsdiq etməsi üçün hüquqi bazamız yoxdur. Biz hüquqi çərçivəni müəyyənləşdirməliyik”.

 

Spiker Sahibə Qafarova bildirib ki, dünən artıq test rejimində videokonfrans keçirilib:

 

“Bu çox asan iş deyil və beynəlxalq təcrübə öyrənilir. Çalışacağıq ki, bu istiqamətdə işlərimizi daha sürətlə aparaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü