Modern.az

Ümumdünya Səhiyyə Təşkilatı: Bu iki ölkədə koronavirus yoxdur

Ümumdünya Səhiyyə Təşkilatı: Bu iki ölkədə koronavirus yoxdur

1 Aprel 2020, 15:54

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə yeni növ koronavirus (COVİD-19)olmadığını təsdiqləyib. 

 

Modern.az xəbər verir ki, ÜST nümayəndəsi bunu yerli mətbuata açıqlamasında bildirib.

 

Əhalini gigiyenaya əməl etməyə, insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa çağıran Q.Perfilyovanın sözlərinə görə, hazırda bütün dünya yeni koronavirusla mübarizə aparır, yoluxma halları demək olar ki, bütün ölkələrdə müşahidə edilir.

 

ÜST nümayəndəsi qeyd edib ki, Tacikistan və Türkmənistan regiondakı 55 ölkə arasında koronavirus qeydə alınmayan yeganə dövlətlərdir.

 

"Bu günə qədər Tacikistanda 700-dən çox koronavirus testi həyata keçirilib və bütün nəticələr mənfi çıxıb" - deyən Perfilyova qeyd edib ki, Səhiyyə Nazirliyi ÜST-ün bu testlərə etibar etməsindən rəsmən əmin olması məqsədilə test materiallarını Moskva və Londona göndərib və təkrar analizlər də mənfi nəticələnib.

 

Qeyd edək ki, Türkmənistan hakimiyyəti ölkədə panikaya yol verməmək üçün “koronavirus” sözünü qadağan edib.

 

Xatırladaq ki, bu günə kimi dünyanın 203 ölkə və regionunda COVİD-19-a yoluxma qeydə alınıb. Bu saata olan son məlumata görə, koronavirus aşkarlanan 876,651 nəfərdən 43,531-i ölüb, 184,965-i isə sağalıb.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir