Arxiv
1 Aprel 2020, 18:17 | AKTUAL
Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə müraciət ünvanlayıb.

 

Modern.az-ın məlumatına görə müraciətdə deyilir:

 

"Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması sahəsində Azərbaycan hökuməti tərəfindən yüksək səviyyədə profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərləri həyata keçirilir. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi olaraq zəruri qərarlar qəbul edilir, əhəmiyyətli təklif və tövsiyələr verilir.

 

Ölkədə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, onların pensiya, sosial müavinat və təqaüdlərinin verilməsində ləngimə hallarına rast gəlinmir.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır.

 

Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və regional mərkəzlərində vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər bir kəs, o cümlədən əlilliyi olan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilirlər. Ombudsmanın ünvanına daxil olan bütün müraciətlərə hər zaman olduğu kimi, çox həssaslıqla yanaşılır, qaldırılan məsələlərin həlli ilə bağlı operativ təcili addımlar atılır.

 

Azərbaycan Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində penitensiar,  sosial xidmət, psixiatriya müəssisələrində həyata keçirilən başçəkmələr zamanı bu qəbildən olan şəxslərə yaradılmış şəraitin müəssərliyi, qidalanma, tibbi və sosial xidmətlərə çıxış imkanları, məlumatlandırma  tədbirləri və bununla bağlı çap materiallarının paylanması, görünən yerlərdə asılması yerində yoxlanılmış, olmayan yerlərdə isə təcili təmini məsələləri qaldırılmışdır.

 

Müvəkkil COVID-19 infeksiyası ilə bağlı vəziyyət nəzərə alınmaqla əlilliyi olan məhkumların da şərti olaraq vaxtından əvvəl azad edilməsi təklifi ilə çıxış etmiş, həmin şəxslərin sənədlərinin məhkəməyə təqdim olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət də etmişdir.

 

Son vaxtlar ölkəmizdə COVID-19 infeksiyası ilə mübarizə sahəsində həyata keçirilən bütün təxirəsalınmaz tədbirlərləri yüksək qiymətləndirməklə bərabər, qeyd etmək istərdik ki, xüsusi karantin rejiminin tətbiq olunduğu hazırkı dövrdə əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin infeksiya əleyhinə vasitələrə (tibbi spirt, maska və əlcək), müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin müayinə, müalicə və reabilitasiya xidmətlərinə, zəruri dərman pereparatlarına, komunal xidmət xərclərinin ödənilməsində onlar üçün  güzəştlərin edilməsinə, infeksiyadan qorunma üsulları və sosial izolyasiya tədbirlərləri ilə bağlı ətraflı informasiya əldə etmələrinə və. s. daha çox ehtiyacları vardır.

 

Bu baxımdan hesab edirik ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Xüsusi Məruzəçisinin dünyada COVID-19 pandemiyasının yayıldığı hazırkı dövrdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair bəyanatında nəzərdə tutulmuş müvafiq çağırışları da nəzərə alaraq, mövcud vəziyyətdə əlilliyi olan şəxslərin qayğıya daha çox ehtiyacı olmaları səbəbilə onların sosial-hüquqi müdafiəsini səmərəli şəkildə həyata keçirmək məqsədilə aşağıdakı məsələlərə diqqət yetirilməsi məqsədəmüvafiqdir:

 

Aztəminatlı ailədən olan, habelə özünəqulluq qabiliyyəti olmayan və tənha yaşayan əlilliyi olan şəxslərin mütəmadi olaraq infeksiya əleyhinə vasitələrlə (tibbi spirt, maska və əlcək) təmin edilməsi;

Müxtəlif xəstəliklərdən əziyyət çəkən əlilliyi olan şəxslərin səyyar formada müayinə, müalicə və reabilitasiya xidmətlərinə cəlb edilməsi;

Dispanser qeydiyyatında olmaqla əlilliyi olan, habelə risk qrupuna düşən müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin yaşayış yeri üzrə zəruri dərman pereparatları ilə təcili olaraq təmin olunması;

Əlilliyi olan şəxslərə kommunal xidmət xərcləri ilə bağlı təcili olaraq müvafiq güzəştlərin tətbiq edilməsi;

Yaşayış yeri olmayan əlilliyi olan şəxslər müəyyən edildikdə onların dərhal Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi;

Koronavirus infeksiyası ilə mübarizə üzrə qəbul edilən qərarlar, təklif və tövsiyələr, habelə, infeksiyadan qorunma üsulları barədə məlumatların əlilliyi olan şəxslərə, o cümlədən görmə və eşitmə məhdudiyyətli insanlara əlçatımlılığının təmin edilməsi məqsədilə müvafiq formatda (tiflo və surdo şərhlə) televiziya verlişlərinin, habelə onlayn proqramların yayımlanması və bu mövzuda Brayl əlifbası ilə bukletlerin çap edilməsi;

Pensiya, müavinət, təqaüd kartlarının vaxtı bitən əlilliyi olan müştərilərin kartlarının müvafiq banklar tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi karantin rejimi müddətinə uzadılması;

Sahibkarlıq subyektlərinin mövcud vəziyyəti nəzərə alaraq əlilliyi olan işçilərinə diqqət və dəstəyinin artırılması.

 

Hesab edirik ki, əhalinin həssas qrupları, o cümlədən əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə xarakterli tədbirlərin həyata keçirilməsi zamanı proporsionallıq, zərurilik və ayrı-seçkiliyə yol verməmə prinsiplərinə əməl edilməsinin əhəmiyyəti nəzərə alınmalıdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yazıçı Həmzəli İlyas dünyasını dəyişdi 5 İyun 2020, 13:17 Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır” 5 İyun 2020, 13:16 2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir  icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15 “Azərişıq” həftəsonu gücləndirilmiş rejimdə işləyəcək 5 İyun 2020, 12:12 Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Kadr hazırlığı Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyır - Zahid Oruc 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41