Modern.az

Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü

Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü

Dünya

1 Aprel 2020, 21:49

ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 200 min nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, hazırda bu ölkədə qeydə alınan xəstələrin sayı 205,035-ə çatıb. 

 

Bu saata olan məlumata görə, bu gün ABŞ-da 16,506 nəfərdə virus aşkarlanıb, 463 nəfər isə ölüb. Beləliklə, virusdan həyatını itirənlərin ümimi sayı 4,516-ya yüksəlib. Sağalanların sayı isə 8,745 nəfərdir. 

 

Qeyd edək ki, dünyada COVİD-19-a yoluxanların sayı 912,098, ölənlərin sayı 45,539, sağalanların sayı isə 190,933-dür.

 

T.İSMAYIL

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı