Modern.az

Koronavirusa görə devalvasiyaya uğrayan MDB ölkələrinin valyutaları - SİYAHI

Koronavirusa görə devalvasiyaya uğrayan MDB ölkələrinin valyutaları - SİYAHI

İqtisadiyyat

2 Aprel 2020, 10:03

Fevralın 29-dan martın 31-nə qədər MDB ölkələri dollara qarşı ən ciddi azalma göstəriblər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ən böyük ucuzlaşmanı gürcü larisi (-15,04%) nümayiş etdirib. Onun ardınca, qazax tengəsi (14,93%), belarus rublu (13,96%), rus rublu (-13,82%), qırğız somu (13,56%) və Ukrayhna qrivnası (-12,47%) nümayiş etdirib.

 

MDB ölkələri arasında milli valyutası nisbətən az ucuzlaşan isə erməni dramı (5,13%), tacik somonisi (-5,1%), Moldova leyi (2,2%) və özbək sumu (-0,29%) sayılır.

 

Azərbaycan və türkmən manatı bu müddət ərzində stabil qalıb. Valyuta kurslarının ucuzlaşmasına səbəb neft qiymətlərinin enməsi, koronavirus pandemiyası və qarşıdan iqtisadi böhranın gəlməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü