Modern.az

Lerik rayonunda YAP könüllüləri tərəfindən nümunəvi addım... - FOTO  

Lerik rayonunda YAP könüllüləri tərəfindən nümunəvi addım... - FOTO  

Aktual

2 Aprel 2020, 17:15

2019-cu ilin sonundan başlayaraq yayılmağa başlayan koronavirus pandemiyası (COVİD-19) qısa zaman kəsiyində 200-dən çox ölkədə yayılıb. Bu ölümcül virus ölkəmizin sərhədlərinə hələ yaxınlaşmamış respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən profilaktik tədbirlər həyata keçirilməyə başlanıb. Bu infeksiyanın ölkəmizdə yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti yanında müxtəlif dövlət strukturlarının iştirakı təmin edilməklə Operativ Qərərgah yaradılıb və bu gün insanların yaşam tərzi və fəaliyyəti Operativ Qərargahın qəbul etdiyi qərarlarla tənzimlənir.

 

Modern.az xəbər verir ki, bütün bunların fonunda Lerik rayonunda da bu virusun yayılmaması və rayon əhalisinin sağlamlığının qorunması məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Lerik rayon Təşkilatı rayon icra hakimiyyəti ilə birgə kompleks tədbirlər həyata keçirib və bu tədbirlər bu gün də müntəzəm və ardıcıl olaraq davam etdirilir.

 

Rayon İcra Hakimiyyətinin  başçısı Rövşən Bağırovun sədrliyi ilə yaradılan Qərargah tərəfindən rayonda görülən işlər əlaqələndirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr və bununla bağlı YAP İcra Katibliyinin tövsiyyələrinə uyğun olaraq YAP Lerik rayon təşkilatının könüllüləri “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyasına qoşulub. Gənc könüllülər tənha, ahıl, qayğıya ehtiyacı olan rayon sakininə baş çəkərək, onlara yoluxucu xəstəlikdən qorunmaları üçün gigiyenik vasitələr və ərzaq bağlamaları aparıblar.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik Rayon Şöbəsinin sosial xidmət işçiləri ilə birgə xüsusi qayğıya ehtiyacı olan sakinlərə sosil xidmətlər göstərirlər. Həmçinin əhali arasında mütəmadi olaraq koronavirus təhlükəsindən qorunma üsulları və xüsusi karantin qaydaları barədə maarifləndirmə işi həyata keçirirlər.

 

Bu tədbirlər həmişə ictimai işlərdə fəallığı ilə seçilən və rayonumuzun ən böyük kəndlərindən biri olan Çayrud kəndində də uğurla davam etdirilib. Kənddə YAP üzvü olan fəal gənclərdən ibarət könüllülər, fərdi sahibkarlar aprelin 2-də həmin ərazi dairəsinə daxil olan kəndlərdə bir neçə ailəyə, o cümlədən Rvarud kəndində yaşayan çoxuşaqlı ailəyə baş çəkmiş, onlara ərzaq və müxtəlif adda gigeyenik vasitələr  veriblər.

 

Görüşlərdə rayon sakinləri, eləcə də qayğı ilə əhatə olunmuş insanlar cənab Prezidentimizə daim vətəndaşlara göstərdiyi diqqət və qayğıya, koronavirus podemiyasına qarşı dövlətin qabağlayıcı mübarizə tədbirlərinə görə təşəkkürlərini bildiriblər.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI