Arxiv
9 Aprel 2020, 08:51 | MÜSAHİBƏ
“Dövlət hər ailəyə pul ayırır ki, evdən çölə çıxmasın” - MÜSAHİBƏ

Koronavirusa yoluxma sayına görə ABŞ dünya ölkələrinin siyahısında ilk yerdə qərarlaşıb. Bu ölkədə 400 mindən çox adam virus daşıyıcısıdır. 13 minə yaxın isə ölü sayı qeydə alınıb.

Yanvar ayında ABŞ-da koronavirus aşkarlansa da, ölkədə karantin rejimi gec elan olundu. Maraqlıdır, hazırda bu ölkədə mövcud vəziyyət necədir? Karantin rejiminin gec elan olunmasının səbəbləri nədir?

Bu və digər sualları ABŞ-ın Çikaqo şəhərində yaşayan soydaşımız, “Günaz” televiziyasının təsisçisi Əhməd Obalı Modern.az-a müsahibəsində cavablayıb.

- Hazırda ABŞ-da ümumi vəziyyət necədir?

- Amerikada koronavirusa yoluxma daha çox Nyu-York şəhərində qeydə alınıb. Mövcud durum sənədlərə baxanda çox pisdir, ABŞ koronavirus siyahısında ilk yerdə qərarlaşır. 350 milyon insanın yaşadığı cəmiyyətə nəzarət etmək çətin olsa da, ümumilikdə ölkədə vəziyyət o qədər də pis deyil. Yəni virusa yoluxanların sayı 2-3 milyonu keçsə, onda pandemiyanın qarşısını almaq çətin olar. Amma hələ ki  vəziyyətə nəzarət mümkündür. Düzdür, rəqəmlər gözə qorxunc gəlir, lakin durum stabildir. Bir çox geri qalmış, diktatura rejimi olan ölkələr özünü yaxşı göstərmək üçün yoluxma və ölüm sayını az deyir. Amma ABŞ bu faktorların heç birini gizlətmir. Məsələn, Çində məlum oldu ki, ölənlərin sayı 3213 nəfər deyil, 46-48 min arasında dəyişir. Əgər virusdan o qədər adam ölübsə görün ki, orda nə qədər daşıyıcı ola bilər. Avropa ölkələri virusa yoluxanların sayını, ölənləri gizlətmir. ABŞ-da bu sayı gizlətməmələrinin səbəbini sizə deyim. Çünki burda lokal, məhəlli dövlətlər var. Məsələn Çikaqo özü müstəqildir, büdcəsi ayrıdır. Belə ziyan gələndə də həmin dövlətlər mərkəz dövlətdən pul alırlar. Ona görə də hətta mən deyərdim yoluxma sayını bəlkə də çox göstərərlər, nəinki az...


- Diktatura rejimi dediniz, ağıla İran gəldi. Belə çıxır ki, İranda da virusa yoluxma və ölüm sayını az deyiblər?

- Əlbəttə. İranda koronavirusa görə hər şey dəhşətli dərəcədə dəyişdirildi. Hələ mənim dost və tanışlarımdan virus səbəbi ilə ölənlər vardı ki, onların heç birinin ölüm kağızında ölüm səbəbinin koronavirusdan olduğunu yazmayıblar. İranda adamlar olurdu ki, virusa yoluxmuşdu və xəstəxanaya getmək istəyəndə deyirdilər ki, “evdə qal, xəstəxanada yer yoxdur”. Həmin o adamların heç biri koronavirus statistikasına daxil edilməmişdi. Yəni İran həm yoluxanların sayını həm də ölənlərin sayını dəqiq demir.

 

- Yoluxmanın sürətlə yayılmasına baxmayaraq, ABŞ prezidenti Tramp karantin rejimi ilə bağlı gec qərar verdi. Sizcə bunun səbəbi nədir? Bu qərarın arxasında müəyyən qaranlıq məqamların olduğunu düşünənlər də az deyil...

- Şərq dünyası dedi-qoduya inanandır. Məntiq deyir ki, ABŞ-da vəziyyətin ağır olması Trampa çox ziyandır. Çünki bir neçə aydan sonra prezident seçkiləri olacaq. Rus mənbələri, imperializmə qarşı olanlar da düşünür ki, guya, Tramp virusun yayılmasında maraqlıdır. Yalnış başa düşməyin, mən Trampın tərəfdarı deyiləm, amma məntiq deyilən bir anlayış mövcuddur. Əgər bir nəfər seçkilərə gedirsə,  hansı səbəblə məmləkəti pis vəziyyətə salmalıdır? Təbii ki, elə bu sual real faktı ortaya qoyur. O ki, qaldı karantin rejiminin gec elan olunmasına, bildiyiniz kimi, ABŞ əyalətlərdən ibarətdir. Hər əyalətin özünün hökumət başçısı var. Bu əyalətlər fərdi olaraq yoluxma sayını deyir və ABŞ-da bu saya əsasən ümumi qərar qəbul edilir. Yəni karantin rejiminin gec elan olunması birbaşa əyalətlərdən aslıdır.


- Seçkilər demişkən, virusun geniş yayılması prezident seçkilərində Trampın xeyrinə, yaxud da ziyanına işləyə bilərmi?

- Hazırki vaxta qədər ümumi vəziyyət Trampın ziyanınadır. Çünki Tram seçkilərə gedəndə ən güclü tərəfi ABŞ iqtisadiyyatının çox yaxşı vəziyyətdə olması idi. O qədər yaxşı idi ki, iş var idi, amma işçi tapılmırdı. Hər il ABŞ dünya iqtisadiyyatında ilk pillələrdə dayanır. Belə deyim, Trampın əlindəki ən böyük kart da bu idi. Amma indi ölkənin iqtisadiyyatında zəifləmə var və yenə də olacaq. Əlavə olaraq dövlət öz büdcəsindən koronavirusla mübarizəyə 2.2 trilyon dollar pul xərcləyib. Hələ qarşıda bu məbləğə 1 trilyon dollar da əlavə olunacaq. Bu rəqəmlər  dövlətin xərclədiyi pulun göstəricisidir. Şirkətlərə dəyən ziyanın məbləği isə qat-qat artıqdır. Amma əgər Tramp virusun yayılmasının qarşısını ala bilsə, bu seçkilər də onun xeyrinə təsir edə biləcək.

- Dünyanın bir çox ölkələrində insanlar karantin qaydalarını pozur. Amerika xalqı necə, evdə otura bilirmi?

- Burda da insanlar evdə oturmaqda çətinlik çəkirlər. Amma ABŞ-da digər ölkələrə nisbətdə insanlar virusa yoluxmamaqdan ötrü gigiyena və bu kimi digər məsələlərə diqqət edirlər. Yəni məsafə saxlanılır, çalışırlar ki, çöldə daha az vaxt keçirsinlər.

 

- Yaxşı, bəs ABŞ-da karantin qaydalarını pozanlar cərimələnirmi? Yoxsa hələ də məhdudiyyətlər ciddi deyil?

- Dediyim kimi, ABŞ-da əyalətlər bir-birindən fərqlidir. Elə əyalət var ki, orda koronavirusa yoluxma halı ümumiyyətlə yoxdur, ya da ki, çox azdır və əyalət özü bunun qarşısını ala bilir. Onlar da bildirir ki, bizə karantin rejimi lazım deyil. Sadəcə istəyirlər ki, əyalətə girib-çıxanlara diqqət yetirilsin. Məsələn, mənim  yaşadığım Çikaqo şəhərində koronavirusa yoluxanlar çoxdur. Buna görə iş yerləri bağlıdır, insanlar çölə çıxmır. Dövlət də hər ailəyə pul ayırır ki, evdən çölə çıxmayın. Hələ ki evdən çölə çıxanlara cərimə yazılması haqqında qərar qəbul olunmayıb. İndi ABŞ-ın əsas işi odur ki, test sayını çoxaltsın və kimdə koronavirus varsa, aşkarlansın, yayılmanın qarşısı alınsın. Çünki düşünürlər ki, virusu gizlətməkdənsə, aşkara çıxarıb ona qalib gəlmək lazımdır.

 

- Dediniz ki, evdən çıxmayan insanlara yardım göstəriləcək. Düzdür, biz bu haqda sosial mediadan xəbər tutmuşuq, müxtəlif rəqəmlər səsləndirilir. Amma sizin cavabınızı almaq istərdik, ABŞ vətəndaşına hazırda nə qədər pul ödənilir ki, evdən çıxmasın?

- 2 nəfərlik ailəyə aylıq 1200 dollar pul ödənilir. Ölkədə vergilərin ödənilməsini iyul ayınadək uzatdılar. Hələ o müddətin də uzadılması ehtimalı var. Bundan başqa, ailə üzvlərində say çoxaldıqca, uşaqbaşına 500 dollar məbləğində pul verilir. Sadaladıqlarım federal dövlətdən, mərkəzdən gələn yardımlardır. Bunun üzərinə əyalət mərkəzləri özləri də insanlara maddi dəstək olur. Banka borcu olanların ödəməsində sıxışdırmalar olmur, onlara şərait yaradırlar.


- Bu yaxınlarda öz Tvitter hesabınızda bildirdiniz ki, İranda ölənləri basdırmaq üçün Əfqanıstan sərhədi yaxınlığında məzarlıq yaradılıb. ABŞ-da vəziyyət necədir, orda da virusdan ölənlər üçün ayrıca qəbiristanlıq var?

- Burda vəziyyət hələ ki o yerdə deyil. Dövlətin bu haqda siyasəti ola bilməz ki, virusdan ölənlər üçün ayrıca yer təyin olunsun. Yəni koronavirusdan ölənləri harda basdırmağın nə fərqi var ki? Yaxın ya uzaqda basdırmaq ümumi nəticəyə təsir göstərməz. İranda bu addımı ona görə atıblar ki, ölənlərin sayını gizlətsinlər. Məsələn, İranda koronavirusdan ölənlərin çoxu Məşhəd şəhərindəndir. Amma Məşhəddə ölənlərin sayını gizlədirlər ki, ora müqəddəs şəhərdir, insanlar normalda şəfa aldıqları yeri indi ölüm yuvası kimi tanımasınlar. Belə deyim, İran dövləti Məşhədin müqəddəslik anlayışını qorumağa çalışır.

 

- Əhməd bəy, ABŞ-da da virusdan ölənlərin hamısı yaşlılardır?

- ABŞ-da ölənlərin əksəriyyəti immun sistemi zəif olan insanlardır. Təbii ki, qocalar, yaşlılar virus səbəbi ilə daha çox ölür. Amma burda virusdan ölənlər arasında sözsüz ki, gənclər də yer alır.


- Media nümayəndəsi kimi sizcə jurnalistlərimiz dövrün tələblərinə uyğun çalışmağı bacarırmı?

- Azərbaycanda hazırki vəziyyəti çox bəyənirəm. Orada “evdə qal” məsələsinə çox ciddi yanaşırlar. Bildiyim qədəri ilə evdən çıxmaq üçün icazə almalısan, hətta cərimə də var. Mən bunu pis qarşılamıram, belə qaydanı daha əvvəldən tətbiq etmək daha yaxşı olardı. İndi gəlib bəziləri deyə bilər ki, “ay nə bilim  azadlığım əlimdən getdi, məni sıxışdırırlar”. Amma evdə qalmaq azadlığın əldən getməsi demək deyil ki... Fakt budur ki, virus insandan-insana yayılır. Yəni bunu daş-divar yaymır ki, insan yayır. Virus canlı orqanizmə yapışanda yaşıyır, canlı olmayan əşyaya yapışsa, maksimum 2-3 saat yaşaya bilər. İnsan da evdə oturmalıdır ki, yoluxmanın qarşısı alınsın. Bundan başqa, bir məsələni də qeyd etmək istəyirəm. Bir videoda gördüm ki, karantində qalmaq üçün bəzi vətəndaşları çadırlara yerləşdiriblər. Bu da çox yaxşı addımdır. Çünki normalda səhhətində problem olan, immun sistemi zəif olan insanlar xəstəxanaya gedir. Əgər onlara virus keçərsə, bunun axrını düşünmək çətin məsələ deyil. Elə ona görə də virusa yoluxanları ayrı saxlamaq məsləhətdir. Bu mənada mən sosial şəbəkələrdə xəstələrin, karantində olanların yerləşdirilməsi ilə bağlı bəzi xəbərləri oxuyub qərəzli yanaşmaya şahid oldum. Əlbəttə ki, dövlətə müxalif olan şəxslər olmalıdır. Amma hər fürsətdən istifadə edib, məntiqsiz şəkildə dövlətə daş atmaq olmaz. Hazırki vəziyyətdə iqtidar, müxalifət anlayışı olmamalıdır. Çünki koronavirus həm iqtidara, həm də müxalifətə eyni dərəcədə ziyan vurur. Bunun qarşısını almaq üçün hamımız bir-birimizə yardım etməliyik. İndi savaş dövrüdür, məzhəb, yaxud mövqe fərqi olmamalıdır. Azərbaycanda hazırda vəziyyət bu istiqamətdə pis deyil. Jurnalistlər xalqı maarifləndirməyə daha çox köklənib. Şəxsən bizim evimizdə də koronavirusdan başqa söhbət getmir. Biri öləndə belə dəfnə getmirik, çünki bir nəfərin yoluxması ətrafda onlarla insanın yoluxması deməkdir. 

 

- ABŞ-da yaşayan vətəndaşlarımızla əlaqə necədir? Yoluxanlar arasında azərbaycanlılar varmı?

- Burda yaşayan azəbaycanılarla hazırki dövrdə telefon vasitəsi ilə əlaqə saxlaya bilirik. Amma belə normalda görüşüb, bir yerə yığışırıq. Hətta indi hamı evdə olduğu üçün danışmağa, söhbətləşməyə daha çox zaman qalır. Həmyerlilərimizin virusa yoluxmasına gəldikdə isə, mən tanıdığım bir ailə - yəni qadın və onun həyat yoldaşı koronavirusa yoluxub.

 

- Bildirilir ki, ABŞ-da ölənlərin 72 faizi qardərililərdir. Açığı bu, insanda qəribə düşüncələr yaradır. Çünki mütəxəssislər bildirir ki, gen faktoru yoluxmada önəm daşımır.

- Virusun bədəndə inkişafı immun sistemindən aslıdır. Bədəndə D vitamini çox olarsa, immun sistemi saha güclü olur. Vitamin D isə samon balığı, günəş və süddə bol olur. Kimin ki, dərisi ağdır o günəşdən daha çox bu vitamini qəbul edir. Bu baxımdan qaradərili insanların immun sistemi daha zəif olur və onların arasında ölüm faktoru çox ola bilər. Lakin bu rəqəmlərin də sizin qeyd etdiyiniz qədər çox olduğunu düşünmürəm. Siz də belə xəbərlərə inanmayın. Çünki Rusiya tərəfi ABŞ-da qaradərili və ağdərili insanlar arasında zaman-zaman problem yaratmağa meyilli olub, bu da onlar tərəfindən atılan növbəti addımdır.

 

- Hələ virusun kəskinləşmədiyi dövrdə belə bir məlumat var idi ki, ABŞ-da koronavirusdan müalicə 35 min dollardır. Açığı bu bizi təəcübləndirmədi, çünki ABŞ-da tibbi xidmətlərin baha olduğunu bilirik. Bəs maraqlıdır, indi də ABŞ virusa yoluxanları pul qarşılığında müalicə edir? Edirsə, nə qədər məbləğ ödəmək lazmdır?

- ABŞ-da koronavirusun müalicəsi hazırda tamamilə pulsuzdur. Əgər kiminsə sığortası varsa, müalicənin qarşılığını sığorta ödəyir. Yox, əgər sığorta yoxdursa,  bu pulu dövlət ödəyir. Ümumiyyətlə, koronavirusun müalicəsi var ki, pullu da olsun? Sadəcə olaraq simptomları yüngülləşdirmək olur ki, burda da hətta küçədə qalan insanlar belə dövlətdən yardım alaraq, həmin proseduru keçir. ABŞ-da çox çatışmazlıq var düzdür, amma indi doğruları danışmaq lazımdır.

 

- ABŞ-da hansı sahədə çalışan insanlara hərəkətlə bağlı məhdudiyyət qoyulmayıb?

- Burda da elə Azərbaycandakı kimi səhiyyə işçiləri, ərzaq, qida istehsalı və satışı ilə məşğul olan insanlara, polis işçilərinə rahat hərəkət üçün şərait yaradılır. Media nümayəndələrinin isə hamısına icazə yoxdur. Hətta televiziya işçilərinin bəziləri belə, xəbəri evdən hazırlayıb göndərir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda elektrik stansiyada partlayış baş verib 4 İyul 2020, 19:40 Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:27 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 19:01 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57