Arxiv
9 Aprel 2020, 16:10 | AKTUAL
12 min şəhidimizin 18 min vərəsəsinə birdəfəlik ödəniş olunub - Əli Əsədov

Hesabat ilində ölkədə işsizliyin səviyyəsi ən aşağı həddə olmaqla 4,8 faiz  təşkil edib.

 

Modern.az-ın məlumatın görə, bunu Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatı ilə əlaqədar  Baş Nazir Əli Əsədov videoçıxışı zamanı bildirib.

 

Baş Nazir deyib ki, perspektiv dövrdə məşğulluq siyasətinin daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacaq:

 

"2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz artaraq 635 manat təşkil etmişdir. İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əmək haqqı isə 14 faiz bəndi üstələyib.

Dövlət büdcəsinin gəlirləri 24,2 mlrd. manat və ya 104,5 faiz, xərcləri isə 24,4 mlrd. manat və ya 97,0 faiz səviyyəsində icra olunub.

Ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Nəticədə vergi və gömrük borcları üzrə yığım səviyyəsi  yüksəlib, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artıb. 

Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 mlrd. dollara çatıb və ÜDM-in həcmini üstələyib. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötüb.

Hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 mlrd. 91 mln. ABŞ dolları təşkil edib. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ÜDM-in 18,9 faizini təşkil edib.

Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artmışdır. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşıb.

Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 mlrd. ABŞ dolları, o cümlədən ixrac 19,5 mlrd. dollar, idxal isə 13.7 mlrd. dollar təşkil edib, nəticədə 5,8 mlrd. dollarlıq müsbət saldo yaranıb. Bu dövrdə qeyri-neft ixracı 14,4 faiz artıb”.

 

Əli Əsədov bildirib ki, ümumilikdə, son 16 il ərzində qeyri-neft sənayesində istehsalın həcmi 2,5 dəfə artıb:

 

“2019-cu ildə isə 1,8 faiz çox sənaye məhsulu istehsal olunub.

Ötən il ölkə sənayesi üçün əlamətdar hadisə kimi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun və “SOCAR Polimer” zavodunun istifadəyə verilməsini qeyd etmək olar.

Ölkəmiz kosmik sənayenin inkişafında da mühüm nailiyyətlər əldə etməkdədir. Kosmik sənaye üzrə ən əlamətdar hadisə Bakı şəhərinin 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasıdır. Artıq orbitə buraxılmış üç peyk həm də ölkəmizin ixrac potensialının artırılmasına xidmət edir.

Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı dövlət büdcəsindən 639 mln. manat məbləğində pul vəsaiti vaxtı keçmiş kredit borclarının ödənilməsinə yönəldilib.

2019-cu ildə əhalinin, xüsusən də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə geniş sosial paket reallaşdırılmışdır. Belə ki, sosial müavinət və təqaüdlər orta hesabla 92 faiz, minimum pensiyanın məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz artırılıb”.

 

Baş Nazirin sözlərinə görə, bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının orta hesabla 50 faiz artırılması təmin edilib:

 

"Qeyd olunan artımların maliyyə tutumu 2,3 mlrd. manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edib.

2019-ci ildə sosial siyasətin ən mühüm hadisələrindən biri də icbari tibbi sığortaya keçid üçün hazırlıq işlərinin tamamlanması olub. Bunu, Azərbaycanın səhiyyə sahəsində tarixi bir islahat kimi dəyərləndirmək olar. İcbari tibbi sığorta sisteminə keçidin əsas məqsədi əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təşkil etmək, sərf olunan xərclərin daha ədalətli və səmərəli bölgüsünü təmin etməkdir.

Məcburi köçkün vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və onların üzləşdikləri problemlərin aradan qaldırılması məqsədi ilə son 16 il ərzində dövlət tərəfindən genişmiqyaslı işlər görülüb, müasir yaşayış kompleksləri, qəsəbələr salınıb.

Şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi sosial təminat sahəsində cənab Prezidentin irəli sürdüyü önəmli təşəbbüslərdən biri kimi qeyd edilməlidir. Bu vəsait 12 min şəhidimizin 18 min vərəsəsinə tam şəkildə ödənilib.

Məlum olduğu kimi ötən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında dağıdıcı zəlzələ baş verib. İnsan itkisi olmasa da, xeyli sayda ev dağıntıya məruz qalıb. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zəlzələnin fəsadları qısa bir müddətdə aradan qaldırılmış, yüzlərlə yeni ev tikilib və ya təmir olunaraq bərpa edilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48