Modern.az

Dubayda qalan azərbaycanlılar vətənə qayıdır - FOTO

Dubayda qalan azərbaycanlılar vətənə qayıdır - FOTO

Diaspor

27 Aprel 2020, 16:55

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdaçağı göslənilir.

Modern.az xəbər verir ki, koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən  75 azərbaycanlı kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, martin 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib. 

 

Əldə olunan məlumata görə  həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.

 

Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduğumuz müddətdə dövlətimizi  maddi və mənəvi olaraq yanımızda  hiss etdik. Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü