Arxiv
18 May 2020, 14:50 | TƏHSİL
I sinfə qəbulla bağlı yeni mərhələ başladı

Bu gündən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün təşkil edilmiş müsahibələrdə iştirak edə bilməyən uşaqların 1-ci sinfə qəbulu üçün növbəti mərhələ başlayır.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gündən etibarən valideyn (qanuni nümayəndə) şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir. Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək. Onlayn müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək.

 

Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq. Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək. Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

 

2020-2021-ci dərs ili üçün tədris digər dildə aparılan bölmə üzrə müraciət etmiş uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir?

 

Valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.

 

Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyunun 3-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək.

 

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

 

Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11 Milli Məclis tibbi maskaya görə cərimələri TƏSDİQ ETDİ 31 May 2020, 16:06 Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker 31 May 2020, 16:00 Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 31 May 2020, 15:55 Bu dövlət rüsumu ləğv EDİLDİ 31 May 2020, 15:50 Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü 31 May 2020, 15:45 Vitse-spikerdən deputatlara: “Danışanda yüz ölçüb, bir biçmək lazımdır” 31 May 2020, 15:42 “Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı 31 May 2020, 15:39 Roma Papası İlham Əliyevi təbrik etdi 31 May 2020, 15:35 Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi 31 May 2020, 15:33 “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova 31 May 2020, 15:30 Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?” 31 May 2020, 15:25 Əli Hüseynli Vahid Əhmədova irad tutdu: “Siz burada nahaq yerə...” 31 May 2020, 15:21 Deputatlar koronavirus testindən keçirilir 31 May 2020, 15:15 Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL 31 May 2020, 15:10 Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA 31 May 2020, 15:05 Koronovirus Venesiya kinofestivalına mane ola bilməyəcək 31 May 2020, 14:59 Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO 31 May 2020, 14:52 Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır” 31 May 2020, 14:46 Jurnalistin anası vəfat etdi 31 May 2020, 14:45 Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA 31 May 2020, 14:41 Şəkidəki ayını tutub Altıağac milli parkına apardılar - VİDEO - YENİLƏNİB 31 May 2020, 14:33 Müdafiə Nazirliyindən Vahid Əhmədova CAVAB - Yalan danışmaq deputata yaraşmaz 31 May 2020, 14:30 Qarabağ dünyaya yox, Azərbaycana lazımdır 31 May 2020, 14:23 İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi 31 May 2020, 14:16 Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ 31 May 2020, 14:10 Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur 31 May 2020, 14:04 Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlandı 31 May 2020, 13:58 İrşad Electornics-dən ““HONOR”LA YAŞA!” kampaniyası 31 May 2020, 13:52 Cənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı 31 May 2020, 13:46 Saatlıda çətənə yetişdirən şəxs tutuldu - FOTO 31 May 2020, 13:40 Şəki şəhərin mərkəzində dolaşan ayı tutuldu - FOTO 31 May 2020, 13:34 Tailand Kralı İlham Əliyevi təbrik etdi 31 May 2020, 13:28 İyunun ilk günündə hava necə olacaq? - PROQNOZ 31 May 2020, 13:22