Modern.az

Təyyarə qəzasında ölü sayı 90-a çatdı

Təyyarə qəzasında ölü sayı 90-a çatdı

Dünya

22 May 2020, 20:34

“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.

 

Məlumata görə, “Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.


Telekanal, həmçinin qeyd edib ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.

Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü