Modern.az

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi

Dünya

25 May 2020, 13:59

Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

 

Modern.az xəbər verir ki, bunu Yaponiyanın Baş Naziri Sindze Abe deyib.

 

Qeyd edək ki, bundan əvvəl 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi ləğv edilmişdi.

 

Bu gündən isə qalan 5 prefekturada (Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo) bu rejim ləğv ediləcək.

 

Xatırladaq ki, Yaponiyada 16 550 koronavirusa yoluxub, onlardan 820-si vəfat edib, 13 413 nəfər sağalıb.

 

T.İSMAYIL

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi