Modern.az

“Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti

“Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti

25 May 2020, 16:17

Macarıstanın Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edim.

Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir. Bizim ortaq mədəni ənənələrimiz ölkələrimiz arasındakı əlaqələri daha da sıxlaşdırır.

Əminliklə deyə bilərəm ki, biz xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və həmçinin onun Budapeştdə yerləşən ofisi bu əlaqələrin gələcək inkişafına təkan verəcək.

Cənab Prezident, Sizə cansağlığı və ali vəzifənizdə uğurlar arzulayıram”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...