Modern.az

Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi

Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi

Aktual

27 May 2020, 12:21

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat  Qənirə Paşayeva Tovuz rayonunda yaşayan gənclər üçün “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirib. 

 

Modern.az-ın məlumatına görə, Tovuz Gənclər Evi, Düz Qırıqlı musiqi məktəbini, bir sıra kənd məktəblərini əhatə edən və Cümhuriyyət Gününə həsr olunmuş aksiya çərçivəsində 400-ə yaxın gəncə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi ilə kitablar hədiyyə olunub. Kitablar Azərbaycan tarixini özündə əks etdirən əsərləri, romanları, tanınmış yazarların əsərlərini, mədəniyyətimizə dair əsərləri əhatə edir.

 

Hər zaman gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağıran millət vəkili bildirib ki, ökəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Q.Paşayeva qeyd edib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır:

 

"Uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Mən uşaqlarımızı tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyirəm. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini, dilini, mədəniyyətini dərindən öyrənməlidir".


Qənirə Paşayeva eyni zamanda gənclərimizi Cümhuriyyət Günü münasibətilə təbrik edib və dünyada pandemiya olan koronavirusdan qorunmaq üçün onlara tibbi-gigiyenik vasitələr də hədiyyə edib. Tovuz Gənclər Evinə millət vəkili tərəfindən hədiyyə edilən 300 maska Tovuz Gənclər Evinin könüllüləri tərəfindən insanlara hədiyyə edilib və onlarla koronavirus pandemiyasından qorunmaq üçün maarifləndirici söhbətlər də aparıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi