Arxiv
28 May 2020, 08:46 | MÜSAHİBƏ
Hollandiyanın Bakıdakı səfiri: “Azərbaycan islahatları davam etdirməlidir” - MÜSAHİBƏ

Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Hörmətli səfir, bizdə olan məlumata görə, 2020-ci il sizin Azərbaycandakı diplomatik fəaliyyətinizin sonuncu ilidir. Azərbaycanla bağlı ilk dəfə gələndə və indiki düşüncələrinizi öyrənmək istərdik...


- Azərbaycana gəlməzən əvvəl ölkənin tarixi, neft irsi və 1991-ci ildə qazandığı müstəqillikdən sonra baş verən dəyişikliklər haqqında çox oxumuşdum, ancaq xalqı və coğrafiyası barədə çox şey bilmirdim. Son dörd ildə orta əsrlər mənşəyi, ilk neft bumu, Sovet dövründəki inkişaf, müstəqillikdən sonra baş verən transformasiya və modernləşmə ilə Bakının çox fərqli simalarını kəşf etdim. Burada olduğum müddət ərzində cəmiyyətin müxtəlif təbəqələrindən olan azərbaycanlılarla görüşə bildim. Hamısı mənim üçün çox əzizdirlər və Hollandiya haqqında daha çox məlumat almağa çalışırlar.


- Bəs Azərbaycandakı yaradıcılıq imkanları sizi nə dərəcədə cəlb etdi?


- Azərbaycanın çox güclü tarixi, mədəniyyət ənənələri var və mən bunlar haqqında çox az biliyə malik idim. Burada olduğum 4 il ərzində Azərbaycanın klassik və caz musiqisindən, vizual incəsənətdən və Bakının zəngin memarlıq ənənələrindən bəhrələndim. Burada işlədiyim müddətdə çox maraqlı araşdırmalarım oldu. Bunlardan biri də Bakının Milli İncəsənət Muzeyidir. Muzeydə 17-18-ci əsrə aid bir çox holland rəsmləri də var. Xalça muzeyi, Heydər Əliyev Mərkəzi və bir çox başqa yerlərdə incəsənət ustalıqla əks olunur. Həmçinin, Bakıdan kənarda tarixi mədəniyyətlə zəngin olan Şəki kimi heyrətamiz gözəlliyə malik olan yerlər var.


- Hollandiya hazırda Azərbaycanla hansı sektorlarda əməkdaşlıq edir və gələcəkdə hansı sahələrdə əməkdaşlıqlarımızın qurulması haqqında düşünülür?

- Mənim fikrimcə, iki dost millət olaraq ikitərəfli diplomatiya, siyasi, təhlükəsizlik, enerji, ticarət, iqtisadi sektorda, həmçinin demokratiya, insan hüquqları və mədəni sahələrdə əməkdaşlıq etməliyik. Əslində bu sahələrin çoxunda əməkdaşlığımız artıq qurulub və mən düşünürəm ki, indi münasibətləri dərinləşdirməyə doğru addımlar atmalıyıq. Avropa Birliyinə daxil olan ölkə olaraq Azərbaycan və digər dövlətlərlə əməkdaşlığın bizim üçün faydalı olduğunu düşünürük.


- Ölkələrimiz arasında ticari dövriyyənin məbləği nə qədərdir və bu sizi qane edirmi?

-
2019-cu ildə ikitərəfli ticarətin ixrac və idxalında dövriyyənin ümumi həcmi 250 milyon avro olub. Amma bu rəqəm məni qane etmir. Kənd təsərrüfatı, neft-kimya kimi sahələrində, logistika və liman infrastrukturunda, eyni zamanda neft və bərpa oluna bilən enerji sektorunda əməkdaşlıq üçün ölkələrimiz arasında daha böyük potensial var. 2016-cı ildə mən bura işləməyə gəldiyim zaman neftin qiymətindəki azalma ölkələrimiz arasındakı ikitərəfli ticarət dövriyyəsinə mənfi təsir göstərdi. Bununla belə “COVID-19” pandemiyasına qədər ticari dövriyyə artan xətt üzrə davam etməyə başladı. Mən ümid edirəm ki, hər iki ölkə pandemiya vəziyyətindən daha az itkilərlə çıxacaq və normal vəziyyətə qayıtdıqdan sonra ikitərəfli dövriyyə yenidən sürətlənərək artacaq.


- Bilirik ki, Hollandiyanın əsas gəlirlərində ölkənizin turizm sektorunun da payı az deyil. Pandemiya bitdikdən sonra Hollandiyaya gedən azərbaycanlı turistlərə ölkənizin hansı yerlərini gəzməyi məsləhət görərdiniz?


- Doğru söyləyirsiniz. Bizim Amsterdam şəhəri, Lalə parkımız, Keukenhof, Kinderdijkdə heyrətamiz “Külək dəyirmanı”mız dünyaca məşhur olan heyrətamiz yerlərimizdir. Həmçinin,  Hollandiyanın Rotterdam şəhərinin limanı Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük limanıdır. Hollandiya Hökümətinin yerləşdiyi Haaqa şəhəri də gəzməli-görməli yerdir. Orada  siz cənub təpələrindən ya da cənubdakı küləkli göllərdən və sonsuz üfüqlərdən ibarət olan  Hollandiya dövlətinin mənşəyini kəşf edə bilərsiniz.


- Cənab Onno, siz təcrübəli bir diplomat olmaqla yanaşı, həm də proffesional fotoqrafsınız. Sizin fotoqraf karyeranız barəsində məlumat almaq istərdik. İki peşə bir arada sizə çətin olmur ki?


- Mən olduqca gənc yaşlarımdan, 13 yaşım olanda fotoqrafiyaya olan marağımı inkişaf etdirməyə başladım. Daha sonra texniki biliklər əldə etdim və məşhur fotoqrafların əsərlərini incələməklə bu sahədə olan təcrübəmi inkişaf etdirdim. Sonra ailə qurdum və qızlarım böyüdükcə, onların ümumi foto və portretlərini hazırlamağa başladım. Lakin foto sahəsində İstanbul, Venesuela və Bakıda olarkən ciddi işlər görməyə başladım. Bu şəhərlərdə yaşamağım mənə gözəllikləri və xalqları öz kameramla təsvir etməyə, küçə fotoqrafiyasının problemlərini kəşf etməyə, mənzərə və memarlıq fotoqrafiyası bacarıqlarımı inkişaf etdirməyə imkan verdi.


- Hörmətli səfir, siz dəfələrlə Azərbaycan gəncləri ilə görüşüb onlara fotoqrafiya sahəsində ödənişsiz olaraq ustad dərsləri keçmisiniz. Maraqlıdır, bizim gəncliyimiz haqqında hansı fikirdəsiniz?


- Mən Azərbaycan gəncləri ilə əlaqələr qurmaqdan və onlarla ünsiyyətdə olmaqdan çox məmnunam. Gəncləriniz çox gözəl, şən və ünsiyyətə açıq, maraqlıdırlar. Onlar məndən təkcə fotoqrafiya haqqında deyil, ölkəmizdəki insanların necə yaşadıqları və işlədikləri barədə çox şey öyrənmək istəyirlər. Həmçinin, Azərbaycan gəncləri xarici ölkələrə səyahət etmək və təhsil almaqla öz biliklərini genişləndirməyə can atırlar. UNİCEF ilə birgə həyata keçirdiyimiz “Gənclər, idman və özünü inkişaf etdirmək” mövzusunda olan layihədə mən futbolla məşğul olmaqda həvəsli olan azərbaycanlı qızlarla tanış oldum və əlaqələr qurdum . Ümid edirəm ki, bu məşğuliyyət onlara gündəlik adi həyatlarından çıxıb öz gələcəklərini tapmaqda kömək edəcək.


- Bilmək istərdik ki, bu gün Hollandiya “COVID-19” pandemiyası ilə necə mübarizə aparır? Gündəlik həyat şəraiti və ünsiyyət pandemiya dövründə hansı formada davam edir?


- Biz hələ də, bu pandemiya ilə mübarizə aparırıq. Bu günlərdə infeksiyaya yoluxma sayı azalan xətt üzrə gedir və aşağı düşmə meylini qorumaq əlbəttə ki çox çətindir. Lakin yoluxma pik həddə çatmazdan əvvəl, biz də Azərbaycandakı kimi tədbirlər görməliydik: məktəbləri, barları və restoranları bağlamaq, evdən işləmək və s. Bununla yanaşı, bizim ölkədə pandemiyaya xüsusi yanaşma tərzi də oldu. “Ağıllı kilidləmə” dediyimiz bir yanaşma var idi ki, insanlar evdə qalmaq məcburiyyətində deyildilər. Sosial uzaqlaşma qaydalarına riayət edərək çöldə gəzə bilərdilər. Qalan məsələlərdə isə digər ölkələrin etdiklərini etdik: tibbi imkanları artırdıq, müayinələrin sayını açoxaltdıq və səyahət etməyi məhdudlaşdırdıq. Həmçinin, dövlətin pandemiyadan təsirlənən iqtisadiyyat sektorlarını subsidiyalar, maliyyə dəstəyi, kreditlər ilə dəstəkləməyimiz də çox vacibdir.


- Hollandiya Krallığı bu gün dünyanın ən modern dövlətlərindən biridir və sizin ölkənizdə narkotikin açıq satışı kimi özəllik də var. Mümkünsə, bu mövzuda qısaca olaraq sizdən məlumat almaq istərdik.

- Qısa olaraq deyim, çünkü bu mövzu çox mürəkkəbdir və kənar şəxslər tərəfindən asanlıqla başa düşülmür. Mən yalnız vacib elementləri qeyd etmək istərdim. Birinci məqam ondan ibarətdir ki, ümumiyyətlə, inanılanlardan fərqli olaraq, Hollandiyada yumşaq və əlbəttə ki sərt dərmanlardan istifadə hələ qanunsuzdur. Qanunla onlardan çox məhdud miqdarda istifadəyə və onlara sahib olmağa icazə verilir. İkinci məqam isə ondan ibarətdir ki, siyasət məhdud sayda yumşaq narkotik istifadəsini cinayətlərin sayını azaltmağa və bu mühitdən çıxmağa yönəlib. Çünkü əks təqdirdə, gənclər asanlıqla qeyri-qanuni yolla bu maddələri əldə etməyə çalışacaqlar. Ağır dərmanlardan yüksək dozada istifadə zamanı isə həyati təhlükələri artacaq.


- Hörmətli cənab səfir, Hollandiyada kənd təsərrüfatı sektoru geniş inkişaf edib. Ölkənizin bu sahədəki təcrübəsindən Azərbaycan necə faydalana bilər?


- Bunun müxtəlif yolları var. Öncə icazənizlə, mən bunun ən vacibini qeyd edəcəyəm. Bu təhsildir. Hollandiyanın Vageningen Kənd Təsərrüfatı Universititetinin çox geniş tədris və praktiki imkanları var, təcrübə mübadiləsi və digər peşəkar kənd təsərrüfatı məktəbləri ilə əməkdaşlığa hazırdır .Burada istixana texnologiyası kimi holland əkinçilik üsulları tətbiq edilə bilər. Biz Abşeronda onların bir çoxunu görə bilərik. Hazırda Kürdəmirdə pilot əkinçilik qurmaq üçün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edirik və burada keyfiyyət məhsuldarlığını artırmaq məqsədi ilə fermerlərin iş təlimini keçirmək niyyətindəyik. Bir məlumatı da, diqqətinizə çatdırım ki, Hollandiyada logistika  da daxil olmaqla, “tarlalardan dükanlara” adlı çox maraqlı bir dəyər zəncirinə sahibik. İndi yaşıl və dairəvi kənd təsərrüfatını dəstəkləyir, dayanıqlılığı artırır və kənd təsərrüfatının mənfi ekoloji təsirlərini məhdudlaşdırırıq. Nəhayət suyun səmərəli idarə olunması kənd təsərrüfatını optimallaşdırmaq üçün çox vacibdir və Hollandiyanın bu sahədə çox böyük təcrübəsi var. Biz ümid edirik ki, Azərbaycanla bu sahədə tezliklə əməkdaşlığa başlaya bilərik.


- Nəhayət sizin Azərbaycana olan tövsiyə və arzularınızı eşitmək istərdik.


- Azərbaycana tövsiyəm budur ki, gənc və müstəqil bir dövlət olaraq çox şeyə nail olmusunuz, elə buna görə də islahatları və modernləşdirməni davam etdirin, gənclərinizi fəal olaraq buna cəlb edin. Gəncliyinizin çox böyük potensialı var. Gənclərinizin bir çoxu xarici ölkələrdə müasir universitetlərdə təhsil alıblar və onlar ölkənin gələcəyinə töhfə verməlidirlər. Arzularıma gəlincə isə öncə sizin ölkənizə və xalqınıza təşəkkür edirəm ki, mənə son dörd ildə fantastik təcrübə qazanmağa imkan verdi. Azərbaycan dövlətinə və onun xalqına ən parlaq gələcək arzu edirəm.



Aşağıda səfirin çəkdiyi fotolardan bir neçəsini təkdim edirik...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edir - CANLI 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38 Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır 1 Dekabr 2020, 11:34 66 günlük qəhrəmanlıq dastanı... 1 Dekabr 2020, 11:30 Müharibədə iştirak edən tələbələr təhsil haqqından azad edildi 1 Dekabr 2020, 11:25 BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın! 1 Dekabr 2020, 11:20 Laçının azadlığı ilə yenidən doğulan qəhrəmanlarımız - FOTOLAR 1 Dekabr 2020, 11:16 Laçında Azərbaycan Himni oxundu - VİDEO 1 Dekabr 2020, 11:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?