Arxiv
30 May 2020, 08:42 | MƏDƏNİYYƏT
2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR

Sual qəribə gəlməsin və cavab verməyə də tələsməyək.

... 1971-ci il. İran şahı Məhəmməd Rza Pəhləvi bütün dünyanı heyrətləndirmək qərarına gəlir.

O, ilan mələyən susuz səhrada misli görünməmiş təntənəli ziyafət təşkil edir, dünya ölkələrinin dövlət və hökmət başçılarını, kral və kraliçaları, şahzadələri dəvət edir. 3 gün davam edəcək ziyafət üçün səhrada parkları, fəvvarələri olan vahə salınır.

Çini Mal Szedun, Sovetlər Birliyini - Leonid Brejnev, İspaniyanı - diktator Franko, ABŞ-ı Riçard Nikson idarə edir. Qərb ölkələrində tələbələr Vyetnamdakı savaşa və İran şahına qarşı etiraz edirlər.

1968-ci ildə İran şahının Almaniyaya səfəri kütləvi etiraz aksiyaları yaratmışdı. Səbəb, "Amerikanın kuklası Pəhləvi, rədd ol!" şüarı ilə keçirilən mitinqdə polisin tələbə Benno Onesorqu vurub yıxması idi.

1971-ci il... Persepolda, hökmdar 1-ci Kirin məqbərəsinin yanında İran şahı Məhəmməd Rza Pəhləvi oktyabrın 12-dən 14-dək üç gün təntənəli bayram təşkil etmək niyyətində idi. O, qədim imperiyanın yeni simasını, "çağdaş və qürurlu İranı, mollaların yox, neft ölkəsini" dünyaya göstərmək istəyirdi.

Məhz bu səbəbdən şah Pəhləvi sülaləsinin "İran sivilihasiyasının intibah dövrü" olduğunu nümayiş etdirmək istəyirdi.

Beləcə, bəşər tarixinin ən bahalı və ən uzun ziyafəti baş tutur.

Ziyafətə hazırlıq təxminən bir ilk çəkir. Əsas tədbirlər Əhəmənilər imperiyasının qədim paytaxtı Persepolda, yerlə qalan mərrasimlər isəi Tehranda və hökmdar Kirin məqbərəsinin olduğu Pasarqadda keçirilir.

Hazırlıq zamanı Persepolun yaxınlığındakı Şiraz şəhərində aeroport tam təmir olunur. Qonaqları gətirəcək təyyarələr həmin aeroporta enəcəkdilər.

Ziyafətin keçiriləcəyi yer ilanlardan və əqrəblərdən təmizlənir.

Təntənəli mərasim 1971-ci ilin oktyabrın 12-də başlanır. Şah Məhəmməd Rza Pəhləvi və xanımı, şahbanu Fərəh Pəhləvi hökmlar Kirin məqbərəsinə baş çəkirlər.

Oktyabrın 14-də isə bayram ziyafəti başlanır. Mərasimdə dünynın müxtəlif ölkələrinlən 600 nəfər vardı ki, onların arasında 60 kral, kraliça, dövlət və hökumət başçıları yer almışdılar.

Bu, sonra olacaqdı.

Hələliksə qayıdaq hazırlıq işlərinə.

Persepolisdə vur-tut üç gün davam edəcək ziyafət üçün nəhəng çadır şəhərciyi inşa olunmuşdu. 0,65 kvadrat kilometrdik ərazisi olan və "Qızıl şəhərcik" adlanan layihənin müəllifi Parisdəki "Maison Jansen" dizayner bürosu idi.

Ənənəvi fars ornamentləri ilə bəzədilmiş lüks 50 çadır ulduz formasında olaraq mərkəzdəki fəvvarənin ətrafında idi. Qədim Persepolisi "canlandırmaq" üçün səhrada Avropadan təyyarələrlə on minlərlə ağac və kol gətirilib əkilmişdi.

Dünyanın ən məşhur restoranlar şəbəkəsi olan "Maxim's de Paris" iki həftəlik qapadılmışdı, çünki Persepolisdəki qonaqlar üçün yemək-içmək hazırlayacaqdı.

120 ofisiant və 40 aşpaz...

Şahla şahbanunun geyimləri "Lanvin" brendinə sifariş verilmişdi. Şiraz aeroportundan qonaqları çadır şəhərciyinə gətirmək, ziyafət başa çatanda da geri aparmaq üçün 250 lüks, qırmızı rəngdə "Mercedes-Benz" alınmışdı.

Ziyafət masalarındakı qab-qacaq "Limoges", çadırlardakı yorğan-döşəklər, dəsmallar isə "Porthault" şirkətinə sifariş verilmişdi.

1971-ci ilin oktyabrı. Səhraya, ilan mələyən məkana 18 ton yemək və içki daşındı.

Qədim Persepolun xərabələri arasında imperatorlar, krallar, prezidentlər və şeyxlər üç gün yeyib-içdilər.

Onlar bilmirdilər ki, viranəlikdəki bu ziyafət İrandakı şah xanədanını viran qoyacaqdı.

Persepolda 50 çadırlıq şəhərciyin mərkəzində uzunu 68, eni 24 metr olan nəhəng ziyafət çadırı quraşdırılmışdı.

Bir il çəkən hazırlıq işlərində çadırlara 37 km uzunluğunda ipək parça sərf olundu.

Eyni zamanda, Tehrandan Persepola 1000 kilometrlik avtomagistral çəkildi, viranələr arasında meşəlik salındı. Üstəlik, Avropalan 50 min quş gətirildi ki, səsləri ilə qonaqları feyziyab etsinlər.

Ziyafət başa çatandan üç gün sonra quşların hamısı öləcəkdi. Səhra onları məhv etdi. O səhra ki, günorta havanın temperaturu +46 dərəcəyə qalxır, gecə isə -1-ə enirdi.

Ziyafət üçün Parisdən təyyarələrlə Persepolisə 150 ton mətbəx avadanlığı gətirilmişdi.

18 ton yemək və içki ki, orada 2700 kq dana, qoyun və donuz, habelə 1280 kq quş əti, 150 kq qara kürü vardı. Üstəlik, 25 min butulka spirtli içkilər və tam bir yük maşını dolusu buz...

Qara kürü istisna olmaqla, hər şey Parisdən gətirilmişdi. Hətta keşniş, turp və kərəviz belə...

Ziyafət çadırında qonaqlar üçun qurulan, ilan kimi qıvrıldığı üçün "İlan" adlanan masanın uzunluğu 69 metr idi. Masa örtüyünü 150 iranlı qadın 6 aya tikib hazırlamışdılar.

Ən "fəxri və dəyərli qonaq" Efiopiya imperatoru, 79 yaşlı Hayle Selassie idi. O, Persepola qızı və Çiçibi adlı balaca iti ilə gəlmişdi. Platin xaltası brilyant və almazlarla bəzədilmiş Çiçibi üçün ayrıca kreslo da qoyulmuşdu.

Fransa prezidenti Jorj Pompidunun ziyafətə qatılmamasının səbəbi də elə Çiçibi oldu. Pompidu biləndə ki, şahbanu Fərəhin yanında o yox, Çiçibi oturacaq, çılğına döndü və dəvəti rədd etdi.

50 çadıra gəldikdə isə... Onların hər birində 2 yataq otağı, 2 vanna otağı, kabinet, superlüks və 12 nəfərlik qonaq otağı vardı. Hər çadırda qonağın əksi olan xalça asılmışdı. Şahdan qonağa hədiyyə qismində.

2 milyard dollar sərf olundu bu ziyafətə...

"Şahənşah, Arilərin Nuru, Tanrının kölgəsi" titullu şah Məhəmməd Rza Pəhləvi ziyafət başlanmazdan əvvəl nitqində deyəcəkdi: "Ey möhtəşəm və qüdrətli Kir, şahlar şahı, hökmdarlar hökmdarı! Sən, tarixin ölməz qəhrəmanı, dünyanın ən qədim imperiyasının atası, bütün zamanların ən böyük azadlıq rəmzi, bəşəriyyətin ləyaqətli oğlu! Sənin şərəfli dövründən 2500 il keçib, amma fars bayrağı yenə də qürurla dalğalanır. Sənin dönəmində olduğu kimi, indi də İran çalxalanan dünyaya azadlıq və sevgi çağırışları edir. Kir, ey şahənşah, rahat yat. Biz sayığıq və belə də qalacağıq..."

.... Ziyafət başa çatdı və bu, İranda şah xanədanını alt-üst edəcək bir mərasim oldu.

İranlılardan kimsənin dəvət edilmədiyi bu təntənə ölkədə o vaxtadək dağınıq, ideologiya və məfkurə baxımından az qala düşmən olan siyasi hərəkatları, qrupları və təşkilatları birləşdirdi.

Məsələn, ayətulla Ruhulla Xomeyniyə İranın Kommunist Partiyası ("Tudə") dəstək verdi və bu dəstək İslam İnqilabınadək davam edəcəkdi.

Pulun xəzan kimi səpələndiyi ziyafət işsizliyin artdığı, əhalinin əksər hissəsinin yoxsullaşaraq səfillik həddinə çatdığı İranda xalqın əsəblərini gərdi, səbr kasasını daşdıran damlaya çevrildi.

İranda artıq kütləvi etiraz dalğası baş qaldırmışdı.

İki il sonra, 1973-cü ildə şah Məhəmməd Rza Pəhləvi xalqa müraciət edərək ifrat bədxərclik və düşünülməmiş sərfiyyatlara görə vətəndaşlardan üzr istəyəcəkdi.

Fəqət, artıq gec idi.

Çox gec...

1979-cu ildə inqilab olacaq, Xomeyni hakimiyyətə gələcək, şah ölkədən qaçacaqdı.

Qürbətdə də xərçəngdən öləcəkdi.

İransa mollakratiyanın, radikal teokratiyanın cənginə keçəcək, “vilayəti-fəqih” prinsipi ilə idarə olunmağa başlayacaqdı.



Elçin Alıoğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50