Modern.az

İlin kosmik hadisəsi: “SpaceX” ilk dəfə fəzaya insan göndərdi - VİDEO

İlin kosmik hadisəsi: “SpaceX” ilk dəfə fəzaya insan göndərdi - VİDEO

Aktual

30 May 2020, 23:47

ABŞ-ın kosmik raket istehsalçısı “SpaceX” bu gün ilk dəfə insanlı kosmik gəmini yerin orbitinə çıxarır.

Modern.az xəbər verir ki, uçuş NASA-nın dəstəyi ilə ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçirilir.

Hazırda canlı yayımı 1 milyondan çox insan izləyir. Kosmik gəmidə iki astronavt var: 49 yaşlı Lyuis Benken və 53 yaşlı Cerald Hörli.

Qeyd edək ki, NASA və "SpaceX" 10 ildən artıqdır ki, bu uçuşa hazırlaşır. NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. İlk cəhdə mayın 27-də hazırlaşsalar da, əlverişsiz hava şəraiti səbəbindən bu baş tutmamışdı.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü