Modern.az

Deputat Baş Prokurorluğun biganəliyindən DANIŞDI

Deputat Baş Prokurorluğun biganəliyindən DANIŞDI

1 İyun 2020, 12:44

“1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda şəhid və itkin hərbi qulluqçuların vərəsələrinə 11 min manat bir dəfəlik müavinət verildi. Çox təəssüf ki, bu dövrdə Qarabağ bölgəsində ezamiyyətdə olarkən şəhid olan prokurorluq orqanlarının şəhid əməkdaşlarının ailələri Baş Prokurorluğun biganəliyindən bu müavinətdən kənarda qaldı. Ümid edirəm ki, Baş Prokurorluğun yeni rəhbərliyi bu problemi həll edəcək”.

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxış edən deputat Məlahət İbrahimqızı deyib. O bildirib ki, belə ailələrin sayı və maliyyə tutumu çox azdır:

 

“Düşünürəm ki, bu problem həll oluna bilər”.

 

Parlamentari kitabxanaların da durumunu müzakirəyə çıxarıb:

 

“Vaxtilə ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 4-cü Mikrorayon ərazisində inşa edilmiş və açılış mərasimində də şəxsən ulu ğndərimizin iştirak etdiyi Nigar Rəfibəyli adına kitabxana və oradakı qiymətli kitablar acınacaqlı durumdadır. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Heç bir müsbət cavab yoxdur. Kitabxananın açılış mərasimində iştirak edən sakinlər ulu öndərimizdən onlara əmanət qalmış bu kitabxananın təmir olunaraq yenidən onların istifadəsinə verilməsini xahiş edirlər. Aidiyyatı orqanları bu problemin həllinə çağırıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir