Modern.az

Komendant saatının vaxtı uzadıldı

Komendant saatının vaxtı uzadıldı

3 İyun 2020, 22:47

ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün tətbiq olunan komendant saatının müdddəti  iyunun 4-nə qədər uzadılıb.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Myuriel Bouzer keçirdiyi mətbuat konfransında deyib.

Yeni komendant saatı 3 iyun saat 19:00-dan başlayacaq və bir gün davam edəcək.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi