Modern.az

Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub

Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub

5 İyun 2020, 12:57

Amerikalı yazıçı, Nobel mükafatı laureatçısı Ernest Heminqueyin bu vaxta qədər bilinməyən hekayəsi işıq üzü görüb.


Modern.az xəbər verir ki, “Təqib bir xoşbəxtlik kimi” (“Pursuit as Happiness”) adlı hekayə “New Yorker” jurnalı sayəsində geniş oxucu kütləsinə çatdırılıb.

Hekayənin süjeti “Qoca və dəniz”dəki hadislərləri xatırladır. Bu hekayədə də baş qəhrəman dostları ilə birlikdə böyük marlin balığını tumağa çalışır.


Heminqueyin əlyazmasını nəvəsi Şon C.F. Kennedi adına Prezident kitabxana-muzeyindən tapıb. Yazıçının vərəsəsi belə bir əsərin necə nəzərdən qaçdığını anlamadığını söyləyib. Onun fikrincə, bu hekayə Heminqueyin dərc olunmamış əsərləri arasında ən qiymətlisidir. Şon Heminquey hekayənin təxminən 1936-1956-cı illər arasında yazıldığını güman edir.

         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı